Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

33 il sonra tapılan şəhidin qızı: Bizə qayıdacağını söz vermişdi

04.07.2026 21:28 369
33 il sonra tapılan şəhidin qızı: Bizə qayıdacağını söz vermişdi
Ötən gün Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Kamalov Bahadur Məhəmməd oğlunun nəşi doğulduğu Kəlbəcərin Zar kəndində keçirilən vida mərasimindən sonra torpağa tapşırılıb.

Qeyd edək ki, 1937-ci ildə Zar kəndində anadan olan Bahadur Kamalov 1993-cü il aprelin 5-də Murovdağ silsiləsində döyüşlərdə itkin düşmüşdü.

Modern.az şəhidin qızı Kəmalə Kamalova ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında o, bildirib ki, atasının itkin olduğu 33 il onlar üçün çox çətin olub:

"Bunu ancaq yaşayanlar bilər. 33 il həsrət içərisində yaşayırdıq. Artıq həsrət-vüsala qovuşdu, dünən atamızı dəfn etdik. Atamın 6 oğlu, 4 qızı var. Böyük bacım-Sakibə bir ara toylara getmirdi, çünki o atasına çox bağlıydı. Atası deyirdi ki, heç kimə ümid etmərəm, sənə özüm baxacam. Onun üçün də o, bu hadisə olanda bir müddət toylara getmədi. Ondan sonra qardaşa, bacıya toy oldu, o da iştirak etdi. Amma evlənmədi. Evin böyük övladı olub, ataya çox bağlıydı. Atamız da itkin düşəndə dedi ki, atam gəlməyincə evlənməyəcəm. Biz də bir şey deyə bilmədik. Hərənin bir qisməti var Bir qız övladı kimi mən atasızlığın necə bir hiss olduğunu ifadə edə bilmirəm".

Şəhid qızı hər gün atasının evə qayıdacağına ümid etdiyini bildirib.

"1993-cü ildə atamın 55 yaşı vardı. O kənddə hamını yola saldı, dedi, əl-ayağıma dolaşmayın, mən gəlib çatacağam. Zar kəndindən hamını bir-bir o çıxarıb. Deyirdi ki, başımız aşağı olmasın, gözümüzün qabağında düşmənə tuş gəlməyəsiniz. Biz belə gözləmirdik. Elə bilirdik ki, söz verdiyi kimi sağ qayıdacaq. Ondan sonra qonşu kənddəki zastavanın 70 əsgəri ilə yardımlaşıb gəliblər. Orada da Şahin adlı bir əsgər yaralananda onun yanına gedib, kömək etmək istəyib, bu zaman onu vurublar. Hazırda hər ikisinin nəşini eyni yerdən tapıblar. Onu da deyib ki, mənim atamın özü də itkin yolu gözləyib. Onun qardaşı 1941-ci ildə itkin düşüb".

K.Kamalova atasında bütün kəndin çox böyük hörmətlə yanaşdığını söyləyib:

"Mənim atam kənd sovetinin rəhbəri olub. Hər kəs ona hörmətlə yanaşırdı, el ağsaqqalı kimi görürdülər. Hətta o itkin düşəndə deyirdilər ki, o sizdən yox, eldən gedib. Vətən Müharibəsində əldə edilən zəfər bizi sevindirdi, həsrət yanğımızın üstünə sanki su tökdü. Mənim qardaşım özü hərbçidir və müharibədə iştirak edib. 2021-22-ci illərə kimi orduda olub, daha sonra yaşı ilə əlaqədar pensiyaya çıxıb. 1993-cü ildən atamızın yolunu davam etdirdi, orduda iştirak etdi və qanımızı aldı. İndi "Böyük Qayıdış" gedir. Biz də Kəlbəcərə qayıtmağı çox istəyirik. Həsrətlə gözləmişik ki, nə vaxtsa, öz torpaqlarımıza, Kəlbəcərə qayıdacağıq".

Sonda şəhidin qızı anası barədə də danışıb:

"Anamın 85 yaşı tamam olub. O, bizdən, yəni övladlarından daha böyük həsrətlə atamın yolunu gözləyirdi".

Son xəbərlər