Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Mundialın uğursuzunda dopinq şoku: Cəza veriləcək?

03.07.2026 22:04 414
Mundialın uğursuzunda dopinq şoku: Cəza veriləcək?
DÇ-2026-da uğursuz çıxış edən Tunis millisinin 8 futbolçusunun orqanizmində qadağan olunmuş klenbuterol maddəsi aşkarlanıb.

Araşdırmalar nəticəsində Ümumdünya Antidopinq Agentliyinin (WADA) qadağan olunmuş siyahısındakı bu maddənin performans artırmaq məqsədilə qəbul edilmədiyi, komandanın Meksikadakı bazasında yeyilən ətdən orqanizmə keçdiyi müəyyənləşib. Meksika da daxil olmaqla, bəzi ölkələrdə mal-qaranın çəkisini artırmaq üçün bu stimullaşdırıcıdan istifadə olunur.

WADA-nın qaydalarına əsasən, maddənin müəyyən dozadan az tapılması və yoluxmuş ətdən keçməsinin təsdiqlənməsi halında idmançılara qarşı heç bir cəza tədbiri görülmür. FIFA və Tunis Futbol Federasiyası isə hadisə ilə bağlı hələlik rəsmi şərh verməyib.

Qeyd edək ki, mundialın F qrupunda Niderland, İsveç və Yaponiyaya uduzaraq turniri xalsız başa vuran Tunis yığmasında baş məşqçi Sabri Lyamuşi ilk turdan sonra vəzifəsindən uzaqlaşdırılmışdı./Offsideplus

Son xəbərlər