Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Antidopinq Agentliyinin səlahiyyətləri artırılır

25.05.2018 13:11 1 633
Antidopinq Agentliyinin səlahiyyətləri artırılır
Azərbaycan Milli Antidopinq Agentliyinin səlahiyyətləri artırılır.

Bununla bağlı “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 7-ci (Milli antidopinq qurumunun vəzifələri) maddəsinə yeni bənd əlavə edilir.

Əlavə edilən 7.0.12-1 bəndinə əsasən, Azərbaycan Milli Antidopinq Agentliyinə idmanda dopinqdən istifadənin qarşısının alınması, habelə qadağan olunan dopinq vasitələrinin qanunsuz dövriyyəsində iştirak edən şəxslər barədə məlumat almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq etmək, o cümlədən məlumat mübadiləsini həyata keçirmək səlahiyyəti verilir.

Son xəbərlər