Mojo.az Banner
21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |     19:52 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib - Foto  |     19:41 Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu  |     19:30 COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb  |     19:14 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək  |     18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

AMADA narkotik maddələrin istifadəsinə qarşı mübarizəni gücləndirdi

28.12.2020 21:55 675
AMADA narkotik maddələrin istifadəsinə qarşı mübarizəni gücləndirdi
Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli sərəncamına əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilib.

Belə ki, Dövlət Proqramının tədbirlər planına narkotik vasitələrin və psixotrop maddələrin qəbulu ilə bağlı problemlər haqqında idmançıları maarifləndirmək məqsədilə müasir metodiki vasitələrdən istifadə etməklə təbliğat işinin təşkili, bu istiqamətdə mexanizmin təkmilləşdirilməsi, müvafiq qurumlarla əlaqə yaradılması və mövcud beynəlxalq təcrübənin tətbiqi üzrə 4.4.23-1-ci yarımbəndi əlavə edilib. Dövlət Proqramını icra edən dövlət orqanları siyahısına daxil edilərək, Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) həmin yarımbəndin mütəmadi olaraq icrası tapşırılıb.

Narkotik vasitələrin cəmiyyət üçün törətdiyi təhlükəni və bir sıra narkotik tərkibli maddələrin Ümumdünya Antidopinq Agentliyinin Qadağan edilmiş siyahısında mövcudluğunu nəzərə alaraq, AMADA öz fəaliyyətində narkotik maddələrin istifadəsinə qarşı mübarizəyə hər zaman böyük əhəmiyyət verib. Dövlət Proqramına edilən müvafiq dəyişikliyə uyğun olaraq AMADA bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək. Belə ki, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması məqsədi ilə mütəmadi olaraq bu sahədə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2021-ci ildə qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsində, həmçinin test nümunələrində narkotik tərkibli maddə aşkarlanmış idmançılarla bağlı bir sıra müddəalar var. Belə ki, idmançı narkotik vasitələrdən idman göstəricilərini yüksəltmək üçün, yəni dopinq məqsədilə istifadə etmədikdə, ona müəyyən müddətə sanksiya tətbiq edilir. Əgər həmin idmançı könüllü şəkildə müalicə və reabilitasiyaya razı olduqda, onun barəsindəki sanksiyanın daha da yüngülləşdirilməsi nəzərdə tutulur. AMADA narkotik vasitələrdən istifadə edən idmançıların müalicəsi və reabilitasiyası ilə bağlı ölkənin müvafiq səhiyyə qurumları ilə əməkdaşlıq edərək layihələr icra etməyi planlaşdırır.скачать dle 11.3
Mojo.az Banner