Mojo.az Banner
20:19 Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr  |     20:11 Professor: Korvalolun istifadəsi həkim təyinatı ilə olmalıdır  |     20:06 Aşıq Əhlimanın səhhətində ciddi irəliləyiş yoxdur - Oğlu son vəziyyəti açıqladı  |     20:00 Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq  |     19:53 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - Video  |     19:48 Magistraturaya qəbul planı artan və azalan universitetlər (SİYAHI)  |     19:40 Yay tətilində uşaqları gözləyən gizli təhlükə  |     19:34 Gürcüstanda zəlzələ oldu  |     19:25 Putin Tokayevlə görüşdü  |     19:20 Polis axtarışda olan 106 nəfəri tutdu  |     19:12 Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq  |     19:05 "Qarabağ" ÇSKA oyununun biletləri satışa çıxarılır  |     18:53 Yəməndə husi qüvvələrinə hava zərbələri endirilib: Ölənlər var  |     18:39 Suriyada dəhşətli avtobus qəzası: Çox sayda ÖLƏN VƏ YARALILAR VAR  |     18:34 Problemli aktivlərin geri qaytarılmasında əsas maneələr açıqlandı  |     18:15 Hökməlidə avtoyuma məntəqəsində avtomobil yanıb  |     17:51 Bakı və Abşeronda bir neçə ünvanda işığın verilişində fasilə yaranıb - ŞİKAYƏT  |     17:25 "ChatGPT"nin fəaliyyətində nasazlıq yarandı  |     17:23 Azərbaycanda qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi artırılacaq?  |     17:18 Gürcüstanda enerji böhranı: Bakı-Tbilisi qatarı da yolda qaldı  |    
Left Banner
Right Banner

Maarifləndirmə, yoxsa narkotik vasitənin təbliği...

02.08.2019 22:07 1 297
Maarifləndirmə, yoxsa narkotik vasitənin təbliği...
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı" çərçivəsində maarifləndirici tədbirlərə başlayıb. Median.Az-ın məlumatına görə, bu barədə Sputnik Azərbaycan-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Xəbərdə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı"nın müvafiq bəndlərinin icrası ilə əlaqədar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində maarifləndirici materialların hazırlanmasının və yayılmasının təşkili məqsədilə 15 min nüsxə ilə yeni zəruri əyani vəsaitlər hazırlanıb.

2019-cu ildə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən təşkil olunacaq maarifləndirmə və ictimai tədbirlərdə yeni üslubda hazırlanmış "Narkotiklər haqqında həqiqəti bilin", "Marixuana haqqında həqiqət" və "Psixotroplar maddələr haqqında həqiqət" adlı çap məhsullarının kütləvi şəkildə paylanılması nəzərdə tutulur. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” jurnal formasında çap edilib. Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən çap etdirilən jurnal aidiyyəti icraçı orqanlara göndərilib.скачать dle 11.3
Mojo.az Banner