Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Ağırlıqqaldırma Federasiyası idmançının dopinqə görə diskvalifikasiya olunmasına münasibət bildirib

20.12.2024 22:35 1 425
Azərbaycan Ağırlıqqaldırma Federasiyası idmançının dopinqə görə diskvalifikasiya olunmasına münasibət bildirib
Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) Günel Vəliyevanın dopinqə görə diskvalifikasiya olunmasına münasibət bildirib.

Bu barədə “Report”a AAF-ın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Mehman Rəsulov açıqlama verib.

O, AMADA-nın bu istiqamətdəki fəaliyyətini dəstəklədiklərini bildirib:

“Azərbaycan Ağırlıqqaldırma Federasiyası olaraq təmiz idman prinsiplərini tam olaraq dəstəkləyirik. AMADA-nın bu istiqamətdəki fəaliyyətini təqdir edirik. Ölkədə antidopinq agentliyi ilə ən sıx əməkdaşlıq edən federasiyalardan biriyik. Burada da məqsəd qadağan olunmuş maddələrin istifadəsini sıfır həddinə çatdırmaqdır. AMADA tərəfindən yoxlamaların aparılması ümumi işimizin xeyrinədir. Çünki qadağan olunmuş maddə aşkarlanırsa, cəza fərd olaraq həmin idmançıya verilir. Yəni qərar federasiyaya şamil edilmir. İlyarım əvvəl, 2023-cü ilin avqustunda Günel Vəliyevadan test götürülüb və nəticə müsbət çıxıb deyə, 4 il müddətinə cəzalandırılıb. Təcrübədə cəza müddəti bitəndən sonra yarışlarda iştirak edib uğur qazanan xeyli idmançı var. Təbii ki, ən doğru yol bu maddələrdən istifadə etməmək və cəza almamaqdır".

Qeyd edək ki, testin nəticələrinə əsasən, G.Vəliyevada qadağan olunmuş “methyltrienolon” aşkarlanıb və idmançı 4 illik diskvalifikasiya olunub. Ağırlıqqaldıranla bağlı sanksiya 2023-cü il sentyabrın 7-də qüvvəyə minib.

Son xəbərlər