Mojo.az Banner
23:00 Marsda mümkün qədim həyatın ən inandırıcı əlamətlərindən biri tapıldı  |     22:55 Nənəsinin evindən xalasının pullarını oğurladı - Günü 250 manata ev tutdu  |     22:47 İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var  |     22:42 Bakıda qaçırdığı avtomobili icra hakimiyyətinin həyətində saxladı  |     22:35 Ruben Rubinyan Ermənistan parlamentinin spikeri postuna namizəd seçildi  |     22:30 Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək  |     22:16 Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA  |     22:08 Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək  |     22:03 Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı  |     21:57 "Qiyamət günü" radiosu işə düşdü - Bu mesajları ötürdü  |     21:39 Leyla Əliyeva Fatimənin yeni mahnı təqdimatında - VİDEO  |     21:34 “Qarabağ”dan bu yayın 6-cı transferi - RƏSMİ  |     21:28 Dünyanın ən yaşlı futbolçusu müqaviləsinin müddətini uzatdı  |     21:20 Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ  |     21:07 Leyla Əliyeva Vatikan Apostol Kitabxanasının rəhbəri ilə görüşüb - FOTO  |     21:01 Mahaçqalada atışma oldu - Ölən və yaralanan var  |     20:54 Bu imtahanın nəticələri yaxın 3 həftədə elan olunacaq  |     20:49 Hindistanda anbar çöküb - Ölənlər var  |     20:44 Azərbaycanda şagirdlərin sayı açıqlandı  |     20:36 Azərbaycan gəmilərlə bağlı beynəlxalq konvensiyaya qoşulub  |    
Left Banner
Right Banner

Azərbaycan güləşçisi dopinqə görə 36 aylıq cəzalanıb

20.06.2025 20:35 870
Azərbaycan güləşçisi dopinqə görə 36 aylıq cəzalanıb
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) güləşçi Aslan Abakarovu 36 aylıq diskvalifikasiya edib.

Bu barədə AMADA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, buna idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu və idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi səbəb olub.

Fevralın 7-də tətbiq edilən sanksiyanın müddəti 2028-ci il fevralın 7-də başa çatacaq.

Qeyd edək ki, 21 yaşlı güləşçi 2024-cü ilin dekabrında keçirilmiş Azərbaycan çempionatında 97 kq çəki dərəcəsində bürünc medal qazanıb.скачать dle 11.3
Mojo.az Banner