Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu Çin maşını kəskin ucuzlaşdı

02.07.2026 20:54 429
Bu Çin maşını kəskin ucuzlaşdı
BYD Destroyer 05 modelinin qiymətində diqqətçəkən eniş müşahidə olunur. Hətta yeni avtomobillər belə əvvəlki dövrlə müqayisədə təxminən 4 min manat daha ucuz təklif edilir. Bəs bu kəskin ucuzlaşmanın arxasında hansı səbəblər dayanır?

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı avtomobil eksperti Razil Nağıyev Demokrat.az-a bildirib ki, Azərbaycanda, xüsusilə taksi xidmətlərində geniş istifadə olunan BYD Destroyer modelinin qiymətində kəskin ucuzlaşma müşahidə olunur:

"İlk baxışdan bu, gözlənilməz görünə bilər. Çünki 2026-cı ildən etibarən hibrid avtomobillərə tətbiq olunan vergi və ƏDV güzəştlərinin başa çatması qiymətlərin artacağını düşündürürdü. Lakin bazarda tam əks proses baş verdi.

Əsas səbəblərdən biri məhz budur. Hibrid avtomobillər üçün tətbiq olunan güzəştlər ləğv edildikdən sonra avtomobillərin gömrük və vergi yükü artdı. Bununla belə, BYD zavodu ixrac qiymətlərini aşağı salaraq bu əlavə xərcin əhəmiyyətli hissəsini kompensasiya etdi.

Nəticədə idxalçıların alış qiyməti azaldı və artan vergi yükünə baxmayaraq, avtomobillərin son satış qiyməti əvvəlki səviyyəyə yaxın saxlanıldı, hətta bəzi hallarda təxminən 4 000 manat ucuzlaşdı".

Ekspert deyib ki, qiymətin enməsinə təsir edən digər amillərdən biri də Azərbaycanda bazarın qısa müddətdə BYD Destroyer modelləri ilə doyma həddinə çatması oldu:

"Taksi şirkətləri və fərdi idxalçılar bu modeli kütləvi şəkildə ölkəyə gətirdilər. Təklif tələbi üstələdiyi üçün satıcılar mövcud stokları daha sürətli satmaq məqsədilə qiymət endirimlərinə getdilər.

Bəzi fikirlərin əksinə olaraq, hazırda BYD Destroyer modelinin qiymətinin enməsinin avtomobilin keyfiyyəti ilə bağlı olduğunu təsdiqləyən etibarlı fakt mövcud deyil. Mövcud göstəricilər qiymət dəyişikliyinin əsasən istehsalçının qiymət siyasəti, vergi dəyişiklikləri, bazardakı təklif-tələb balansı və satıcılar arasındakı rəqabətlə əlaqədar olduğunu göstərir", - deyə o qeyd edib.скачать dle 11.3

Son xəbərlər