Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xamenei ilə vida mərasimində 100 ölkədən nümayəndə iştirak edəcək

02.07.2026 16:38 348
Xamenei ilə vida mərasimində 100 ölkədən nümayəndə iştirak edəcək
İran hakimiyyəti cümə günü İranın mərhum Ali Lideri Əli Xamenei ilə vida mərasimində iştirak etmək üçün 100 ölkədən nümayəndənin gəlişini gözləyir.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

"Təxminən 100 ölkədən qonaqlar gözlənilir: siyasətçilər, dövlət başçıları, parlament spikerləri, xarici işlər nazirləri və ya hökumətlərin xüsusi nümayəndələri, eləcə də çox sayda ictimai xadim", - deyə o dövlət televiziyasında açıqlayıb.

Diplomat əlavə edib ki, xarici qonaqlar üçün vida mərasimi cümə günü yerli vaxtla təxminən saat 14:00-da (Bakı vaxtı ilə saat 14:30) başlayacaq.

Xameneinin Tehranda vida mərasimi iyulun 3-də başlayacaq. İyulun 4-dən 5-dək ayətullahın cənazəsi Tehranın ən böyük dini və sosial kompleksi olan Mosallada olacaq.

İyulun 6-da İran paytaxtında əsas küçələrdə dəfn mərasimi keçiriləcək, daha sonra cənazə ölkənin əsas dini mərkəzi olan Qum şəhərinə aparılacaq və iyulun 7-də orada yas mərasimləri keçiriləcək. İyulun 8-də Əli Xameneinin cənazəsi qonşu İraqa göndəriləcək və orada Nəcəf və Kərbəlada yerli şiə müsəlmanları üçün ayrıca vida mərasimləri təşkil olunacaq. Ayətullahın dəfn mərasimi iyulun 9-da onun doğma şəhəri Məşhəddə keçiriləcək.
//unikal.az

Son xəbərlər