Kiyev bu ölkədən 2 milyardlıq qırıcı təyyarə alır
Median.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, müqavilənin dəyəri təxminən 24,6 milyard İsveç kronu (2,54 milyard dollar) təşkil edir.
Yeni qırıcı təyyarələrin 2029-2030-cu illərdə çatdırılması planlaşdırılır. Ukrayna prezidenti Volodimir Zelenski razılaşmanın İsveçin Baş naziri Ulf Kristerssonla əldə edildiyini açıqlayıb. Təyyarələrin alınması ilə yanaşı, müqaviləyə qırıcı təyyarələrə texniki dəstək də daxildir.
