Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Çiyələk 1 manata düşdü: Ucuz çiyələk almaq təhlükəlidirmi? - Rəy

30.06.2026 16:01 336
Çiyələk 1 manata düşdü: Ucuz çiyələk almaq təhlükəlidirmi? - Rəy
Havaların istiləşməsi ilə bazarlarda meyvə və tərəvəzlərin qiymətlərində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunur. Satıcıların sözlərinə görə, bəzi məhsulların qiyməti o qədər aşağı düşüb ki, alıcılar ehtiyaclarından artıq alış-veriş edirlər.

Hazırda bazarlarda ən çox ucuzlaşan məhsullar arasında çiyələk, badımcan və bibər yer alır. Bəzi satış məntəqələrində çiyələyin bir yeşiyi 1 manata təklif olunur. Badımcanın 3 kiloqramı 1 manata satıldığı halda, bibərin qiyməti növündən və keyfiyyətindən asılı olaraq 30–50 qəpik arasında dəyişir.

Bəs bu qədər ucuz məhsulları istehlak etmək nə dərəcədə təhlükəsizdir?

Qida eksperti Ağa Salamov azxeber.com-a açıqlamasında bildirib ki, qiymətlərin aşağı düşməsi orqanik çiyələyin də bazara çıxması ilə bağlıdır.

"Qiymətlərin azalması orqanik çiyələyin də yetişməsi ilə əlaqədardır. Havalar yenicə isinməyə başlayanda bazara əsasən istixana məhsulları çıxarılırdı. Bunlar mövsümün ilk məhsulları olduğuna görə daha baha satılırdı. Həmin dövrdə çiyələk və digər meyvələrin istehlakı o qədər də tövsiyə olunmurdu. Çiyələyin əsl mövsümü isə məhz indiki dövrdür."

Ekspertin sözlərinə görə, məhsulların ucuzlaşması bazarda təklifin və rəqabətin artması ilə əlaqədardır.

"Hazırda bazarda həm istixana, həm də orqanik məhsullar satılır. Bu səbəbdən də orqanik məhsulların qiyməti aşağı düşüb. Hazırda bazarda yeşiyi 1,50 manata, eləcə də 2 kiloqramı 1,50 manata təklif olunan çiyələklər var."

Ağa Salamov bildirib ki, hazırda satışda olan çiyələklərin istehlakı ilə bağlı ciddi təhlükə yoxdur. Lakin o, bu meyvənin həddindən artıq qəbul edilməsinin sağlamlıq üçün risk yarada biləcəyini də vurğulayıb.

"Bazarda satılan çiyələkləri istehlak etməklə bağlı xüsusi təhlükə yoxdur. Ancaq çiyələyi normadan artıq yemək olmaz. Məsələn, 1 kiloqram çiyələyi bir dəfəyə qəbul etmək düzgün deyil. Çiyələyin tərkibində olan bəzi maddələr, xüsusilə allergen zülallar allergiyaya meyilli insanlar üçün zərərli ola bilər. Həddindən artıq istehlak isə hətta sağlam insanlarda belə allergik reaksiyalara səbəb ola bilər.

Son xəbərlər