Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda kişi telefonuna baxan arvadını döydü

30.06.2026 15:20 360
Bakıda kişi telefonuna baxan arvadını döydü
Bakıda kişi mobil telefonuna baxan həyat yoldaşını döyüb.

Oxu.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü İlyas Ağayev (soyadı şərtidir) evinə gec gəlib və onun telefonu stolun üstündə qalıb. Ondan şübhələnən həyat yoldaşı telefonu götürüb "WhatsApp" yazışmalarına baxarkən İlyasın bir xanımla səmimi yazışmasını görüb. O, həmin mesajları oxuyarkən İlyas otağa daxil olub və ər-arvad arasında mübahisə başlayıb. Mübahisə nəticəsində İlyas həyat yoldaşını yerə yıxaraq ona şillə və təpik zərbələri endirib.

Davadan sonra qadın polisə müraciət edib. Əraziyə polis əməkdaşları gəliblər və İlyas saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılaraq iş məhkəməyə göndərilib. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə İlyas Ağayev 1 500 manat cərimə edilib.

Son xəbərlər