Mojo.az Banner
23:14 “Nemetskiy şot” olur” - Həmin fotodan danışdı  |     23:03 Bu 4 bürc üçün yeni dövr başlayır  |     22:58 Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü  |     22:50 Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama  |     22:45 Azərbaycanda Milli Məlumat Hövzəsi yaradıldı  |     22:40 Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başladı  |     22:33 Avropada ən populyar avtomobil açıqlandı (SİYAHI)  |     22:25 Azərbaycan Korsika ilə bağlı qanunu dəstəklədi  |     22:20 "Dərman da təsir etmir": Balakən sakinləri tırtıl bəlasından əziyyət çəkirlər - VİDEO  |     22:14 Rəqsanənin qızı adını dəyişdi - FOTO  |     22:07 Paşinyandan İsrailin "erməni soyqırımı"nı tanımasına CAVAB  |     21:59 Faciəvi şəkildə ölən Vəli Nofəl Süleymanovun qardaşı imiş (YENİLƏNİB)  |     21:54 Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə neftin nəqlinin həcmini artıracaq  |     21:46 Koreyadan Naxçıvana uzanan sevgi - VİDEO  |     21:38 Dünya Bankı Bakının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün 410 milyon dollar ayırır  |     21:33 Azərbaycan cüdoçusu Avropa çempionu oldu  |     21:26 Neymar və Messi Venesueladakı zərərçəkənlərə kömək üçün külli miqdarda pul köçürdülər  |     21:12 Qonşusu ilə sayğaca görə dalaşdı, 1100 manat cərimələndi  |     21:05 Bulvarda skuterləri küçəyə düzdürən sahibkar cərimə olundu  |     21:00 Bakıda qardaşlar arasında ata mülkünə görə dava - Məhkəmə qərar verdi  |    
Left Banner
Right Banner

Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama

29.06.2026 22:50 99
Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
Avropada son günlər müşahidə olunan rekord istilər bir sıra ölkələrdə həyatı iflic edib. Rumıniyada qırmızı təhlükə səviyyəsi elan olunub, İtaliya, Fransa, İspaniya və Yunanıstanda isə temperaturun 40 dərəcəni keçməsi fonunda əhaliyə ciddi xəbərdarlıqlar edilir. Dünya Meteorologiya Təşkilatı (WMO) da Avropanın dünyanın ən sürətlə istiləşən qitəsi olduğunu və ekstremal istilərin tezliyi, intensivliyi və davametmə müddətinin artacağını bildirir.

Bəs oxşar ekstremal istilər Azərbaycanda da müşahidə oluna bilərmi?

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev mövzu ilə bağlı Oxu.Az-a danışıb.

Onun sözlərinə görə, uzunmüddətli hava proqnozları çox vaxt özünü doğrultmur:

"İki ay əvvəldən havanın necə olacağını dəqiq söyləmək mümkün deyil. Təcrübəmdə dəfələrlə müxtəlif proqnozlar səsləndirilib, lakin sonradan onların əksəriyyəti özünü doğrultmayıb. Buna görə də indidən bu yay Azərbaycanda mütləq ekstremal istilərin olacağını demək düzgün olmaz".

Ekoloq qeyd edib ki, bu ilin yaz mövsümündə Azərbaycanda müşahidə olunan yağıntılar ölkənin çoxillik iqlim xüsusiyyətlərinə uyğun olub:

"Azərbaycanda yağıntıların əsas dövrü qışın sonu, yazın əvvəli, eləcə də yazın sonu və yayın əvvəlinə təsadüf edir. Bu il də həmin tendensiya müşahidə olundu. Bəzi ərazilərdə yağıntının miqdarı normadan bir qədər artıq olsa da, bunu qeyri-adi hadisə hesab etmirəm.

Azərbaycanda yüksək temperatur yeni hadisə deyil. Naxçıvanda, xüsusilə Culfa rayonunda, eləcə də bəzi Aran rayonlarında tarixən 40-45 dərəcə isti qeydə alınıb. Culfada 44 dərəcə, Naxçıvanın digər ərazilərində isə 42 dərəcəyə çatan temperatur müşahidə olunub".

Ekspert bildirib ki, Avropada eyni temperatur göstəriciləri Azərbaycana nisbətən daha ağır nəticələrə səbəb olur:

"Avropanın iqlim şəraiti fərqlidir. Bir çox bölgələrdə havanın rütubəti yüksək olur. İsti hava ilə yüksək rütubətin birləşməsi insan orqanizmi üçün daha ağır şərait yaradır. Bundan əlavə, Avropa ölkələrində yaşlı əhalinin payı daha yüksəkdir və bu da isti hava dalğalarının təsirini artırır. Azərbaycanda hazırda təşvişə düşmək üçün əsas yoxdur. İndidən Avropadakı kimi ekstremal istilərin Azərbaycanda da olacağını söyləmək mümkün deyil. Havanın necə inkişaf edəcəyini zaman göstərəcək. Elmi baxımdan əvvəlcədən qəti proqnoz vermək doğru deyil".

Bununla yanaşı, o, yüksək temperaturun müəyyən risklər yarada biləcəyini də vurğulayıb:

"İsti hava dövründə kondisionerlərdən istifadə artır. Bu isə elektrik enerjisinə tələbatı yüksəldir və müəyyən çətinliklər yarada bilər. Həmçinin yaşlı insanlar və sağlamlıq problemi olan şəxslər belə hava şəraitində daha diqqətli olmalıdırlar. Hazırkı yağıntılı dövr meşələr və bitki örtüyü üçün müsbət təsir göstərib. Hazırda rütubətli dövrdən keçirik. Qar və yağıntı ehtiyatları meşələrin və yaşıllıqların inkişafına müsbət təsir göstərib. Bakıda da bunu aydın görmək mümkündür. Ağaclar və yaşıllıq əvvəlki illərlə müqayisədə daha yaxşı vəziyyətdədir".

Ənvər Əliyev Dünya Meteorologiya Təşkilatı və digər beynəlxalq qurumların proqnozlarına ehtiyatla yanaşdığını da bildirib:

"İqlim prosesləri çox mürəkkəbdir. Müxtəlif beynəlxalq proqnozlar var, lakin konkret bir ölkə üçün aylar öncədən dəqiq nəticə söyləmək mümkün deyil. Ona görə də vəziyyəti müşahidə etmək və mövsümün gedişinə uyğun qiymətləndirmə aparmaq daha düzgün yanaşmadır".

Sonda ekspert vurğulayıb ki, Azərbaycanda tarixən yüksək temperatur halları müşahidə olunsa da, hazırkı məlumatlar ölkədə yaxın vaxtlarda Avropadakı kimi fövqəladə istilik ssenarisinin mütləq baş verəcəyini deməyə əsas vermir:

"Azərbaycanda 40-45 dərəcə temperatur yeni hadisə deyil. Belə şəraitdə insanlar illərlə işləyiblər. Hazırda təşvişə düşmək üçün əsas görmürəm. Gözləyək, yay mövsümü necə keçəcək, bundan sonra daha dəqiq qiymətləndirmə aparmaq mümkün olacaq".скачать dle 11.3
Mojo.az Banner