Mojo.az Banner
22:57 Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin qəbul nəticələri açıqlanıb  |     22:50 Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb  |     22:42 Bərdədə avtomobil evə çırpılıb: Maşını uşağın idarə etdiyi iddia olunur - VİDEO  |     22:36 "Sabah"ın rəqibləri bilindi: İspaniya, İngiltərə, İtaliya və Almaniya nəhəngləri (YENİLƏNİB)  |     22:30 Elnarə Təhməzova tələbə oldu  |     22:23 600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı  |     22:15 Tovuzda 116 min manatlıq "hərrac dələduzluğu"  |     22:07 Sabah çimərliyə gedənlərə xəbərdarlıq  |     21:59 Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü (FOTO)  |     21:53 Nepalda daşqınlarda ölənlərin sayı 350-ni keçib  |     21:46 Makaron yeyənlərə XƏBƏRDARLIQ: ZƏHƏRLİ İMİŞ...  |     21:40 “WhatsApp”dan sevindirici YENİLİK: BUNDAN SONRA...  |     21:31 Göyərtəsində 15 azərbaycanlı dənizçinin olduğu gəmiyə Qara dənizdə dronla HÜCUM EDİLİB - VİDEO  |     21:18 Bakının bu küçələri bağlanır  |     21:10 Hövsanda yanğın başlayıb  |     21:04 Sabah bu rayonların bir hissəsində qaz olmayacaq  |     20:56 Avstraliyada fərqli valideynlərdən olan əkizlər dünyaya gəldi  |     20:50 Avropanı yeni dəhşətli isti dalğası bürüyəcək - 45 dərəcə  |     20:44 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək  |     20:39 Qlobal toyuq istehsalı 20 ildə iki dəfə artıb  |    
Left Banner
Right Banner

Azərbaycan Ssenaristlər Gildiyası fəaliyyətə başladı – Nicat Dadaşovla MÜSAHİBƏ

28.06.2026 14:25 1 746
Azərbaycan Ssenaristlər Gildiyası fəaliyyətə başladı – Nicat Dadaşovla MÜSAHİBƏ
Azərbaycanda ssenaristlərin peşəkar hüquqlarının qorunması, yaradıcılıq mühitinin inkişafı və kino sənayesində ssenarinin rolunun gücləndirilməsi məqsədilə Azərbaycan Ssenaristlər Gildiyası fəaliyyətə başlayıb. Yeni yaradılan qurumun hədəfləri, gələcək planları və ölkədə ssenarist peşəsinin mövcud vəziyyəti ilə bağlı Gildiyanın təsisçilərindən olan ssenarist və prodüser Nicat Dadaşovla söhbətləşdik.

Median.Az müsahibəni təqdim edir:

— Azərbaycan Ssenaristlər Gildiyasının yaradılmasına hansı ehtiyac səbəb oldu?

— Son illərdə ssenaristlər arasında peşəkar problemlərlə bağlı müzakirələr daha da artıb. Müəllif hüquqları, əmək münasibətləri, peşəkar inkişaf imkanları və ssenaristin kino prosesindəki rolu ilə bağlı bir çox məsələlər var ki, onların fərdi şəkildə həlli çətindir. Biz gördük ki, ssenaristlərin bir araya gəlməsi, ortaq mövqe formalaşdırması və peşənin maraqlarını birlikdə müdafiə etməsi artıq zərurətə çevrilib.

— Niyə məhz indi? Bu təşəbbüsü zəruri edən əsas problemlər nələr idi?

— Hal-hazırda Azərbaycan kinosunda müəyyən canlanma müşahidə olunur. Yeni filmlər çəkilir, beynəlxalq layihələrimiz var, gənc müəlliflər meydana çıxır. Amma bu inkişaf fonunda ssenaristin statusu, hüquqları və peşə standartları ilə bağlı məsələlər hələ də kifayət qədər tənzimlənməyib. Biz hesab etdik ki, məhz indi bu sahədə institusional addım atmaq üçün doğru zamandır.
— Gildiyanın əsas missiyası və yaxın illər üçün prioritetləri nələrdir?

— Əsas məqsədimiz ssenaristlər arasında əməkdaşlığı gücləndirmək və ölkədə ssenari mədəniyyətinin inkişafına töhfə verməkdir. Yaxın illərdə təlimlər, müzakirələr, peşəkar görüşlər, beynəlxalq əməkdaşlıqlar və tövsiyə xarakterli peşə standartlarının hazırlanması üzərində işləməyi planlaşdırırıq.

— Kimlər Gildiyaya üzv ola biləcək? Üzvlük meyarları necə müəyyənləşdiriləcək?

— Gildiya peşəkar və fəaliyyət göstərən ssenaristlər üçün açıq olacaq. Eyni zamanda, bu sahəyə yeni gələn və özünü inkişaf etdirmək istəyən müəlliflər üçün də müxtəlif iştirak formatları nəzərdə tutulur. Üzvlük meyarları şəffaf şəkildə müəyyənləşdiriləcək və əsas prinsip peşə fəaliyyətinin mövcudluğu olacaq.

— Yeri gəlmişkən, onu da qeyd edim ki, yaxın günlərdə üzvlüklə bağlı müraciətlərin qəbuluna başlayacağıq. Buna görə də ssenaristləri və bu sahəyə maraq göstərən hər kəsi Gildiyanın sosial şəbəkə hesablarını izləməyə dəvət edirəm.

— Çox vaxt deyilir ki, Azərbaycan kinosunun əsas problemi ssenaridir. Siz bu fikirlə razısınız?

— Mən bu fikri tam şəkildə qəbul etmirəm. Ssenari çox vacibdir, amma kino kollektiv sənətdir. Burada prodüserlik, inkişaf mərhələsi, maliyyələşmə, rejissor yanaşması və istehsal prosesi də böyük rol oynayır. Bəzən problem təkcə ssenaridə deyil, ssenarinin inkişafı üçün kifayət qədər vaxt və resurs ayrılmamasındadır.

— Sizcə, ölkəmizdə yaxşı ssenarist azdır, yoxsa yaxşı ssenarilərə kifayət qədər imkan verilmir?

— Məncə, istedadlı müəlliflərimiz kifayət qədərdir. Problem daha çox inkişaf mexanizmlərinin azlığındadır. Ssenari laboratoriyaları, mentorluq proqramları, inkişaf fondları və peşəkar müzakirə mühiti nə qədər çox olsa, keyfiyyətli ssenarilər də bir o qədər artacaq.

— Prodüser, rejissor və ssenarist münasibətlərində ən böyük problem nədir?


— Ən böyük problem bəzən qarşılıqlı ünsiyyətin və peşə sərhədlərinin tam müəyyənləşməməsidir. Halbuki yaxşı film komandalı işin nəticəsidir. Ssenarist, rejissor və prodüser bir-birinin rolunu və məsuliyyətini nə qədər yaxşı başa düşsələr, nəticə də bir o qədər uğurlu olar.
— Gildiya gənc ssenaristlərin inkişafı üçün təlimlər, laboratoriyalar və ya mentorluq proqramları keçirməyi planlaşdırırmı?

— Bəli, bu bizim əsas istiqamətlərimizdən biridir. Gənc müəlliflərin inkişafı üçün ustad dərsləri, laboratoriyalar, mentorluq proqramları və beynəlxalq təcrübə mübadiləsi imkanları yaratmağı planlaşdırırıq. Yeni nəslin yetişməsi Azərbaycan kinosunun gələcəyi üçün çox vacibdir.

— Fəaliyyət planımız ssenaristin peşəkar inkişafı ilə bağlı demək olar ki, bütün əsas ehtiyacları əhatə edir. Buraya ssenari laboratoriyalarının təşkili, yerli və xarici mütəxəssislərin iştirakı ilə təlimlər, yaradıcılıq rezidensiyaları, mentorluq proqramları və gənc müəlliflərin layihələrinin inkişafına dəstək daxildir. İnanırıq ki, Azərbaycan kinosunun gələcəyi yeni müəlliflərin meydana çıxmasından və onların peşəkar mühitə inteqrasiyasından asılıdır. Elə buna görə də gənc ssenaristləri Gildiyanın fəaliyyətinə qoşulmağa, öz ideya və təşəbbüsləri ilə bu prosesin iştirakçısına çevrilməyə dəvət edirik.

— Dünyadakı ssenarist gildiyalarının hansı təcrübəsini Azərbaycana gətirmək istəyirsiniz?

— Dünyadakı ssenarist birliklərinin ən vacib təcrübəsi peşə həmrəyliyidir. Ssenaristlər vahid bir peşəkar mühit ətrafında birləşə bilsələr, əminəm ki, kino sahəmiz daha sürətlə və ən əsası, daha sağlam şəkildə inkişaf edəcək.

Əlbəttə, hər ölkənin öz reallığı və kino sənayesinin öz xüsusiyyətləri var. Məqsədimiz xarici modelləri olduğu kimi köçürmək deyil, onların uğurlu təcrübələrini Azərbaycanın mövcud şəraitinə uyğunlaşdırmaqdır.

Söhbətləşdi: Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner