Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

"Şamaxinka"da minib-düşmə yeri niyə yoxdur? - Video

25.06.2026 19:11 288
Ərazidə taksilər sərnişin götürməkdə, sərnişinlər isə taksiyə minməkdə çətinlik çəkirlər.

Görüntülər Moskva prospektindəndir. Nəqliyyat axının intensiv olduğu bu prospektdə avtobus zolağı yaradılsa da, taksilərin eləcə də sərnişinlərin rahat hərəkəti təşkil edilməyib. Sürücülər bildirirlər ki, Moskva prospekti boyunca taksi sifarişi edən sərnişinləri götürməkdə çətinlik çəkirlər. Buna səbəb isə yolun bir zolağının avtobuslar üçün xüsusi zolaq kimi ayrılması, digər tərəfində yaradılan xüsusi cibdə isə ekspress avtobusların sonuncu dayanacağının olmasıdır. Yəni, sürücülər bu ərazidən taksi sifarişi qəbul edib sərnişini götürmək istəyərkən ya 40 manat 2 bal, ya da 100 manat 3 bal cərimə edilirlər.

Sərnişinlər bildirirlər ki, bu istiqamətdə taksi sifarişi edərkən avtomobilə minmək üçün bir neçə yüz metr məsafə getməli olurlar.

Oxşar vəziyyət Moskva prospektinin əks istiqamətində də müşahidə edilir. Belə ki, üzü Xırdalan, Sumqayıt və digər istqamətlərə sərnişinin axının çox olduğu bu yerdə də minib-düşmə yeri yoxdur.

Bəs 20 Yanvar kimi strateji nəqliyyat qovşağında bu problem nə vaxt həllini tapacaq?

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, hazırda sözügedən ərazidə məsələyə baxılır.

Son xəbərlər