Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Şamaxıda direktorun otağına hücum edən şəxsə hökm oxundu

23.06.2026 22:28 450
Şamaxıda direktorun otağına hücum edən şəxsə hökm oxundu
Şamaxıda məktəb direktoruna hücum edən şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Hadisə rayonun Sabir qəsəbəsində A.Alxanov adına orta məktəbdə baş verib.

1982-ci il təvəllüdlü Elxan Ağayev həyat yoldaşı ilə məktəbə daxil olaraq direktor Gülnurə Babaşovaya hücum edib, kabinetini dağıdaraq oradakı marker qabını onun üzərinə atıb, nəticədə, baş nahiyəsinə xəsarət yetirib.

Həmçinin uca səslə təhqiramiz ifadələr işlədərək məktəbin iş rejimini pozub.

Bildirilib ki, hadisədən bir müddət əvvəl Elxan həyat yoldaşının orta məktəbdə texniki işçi vəzifəsinə təyin olunması üçün müxtəlif qurumlara müraciət edib. Lakin G.Babaşova Elxanın pis vərdişlərinin olduğunu və aqressiv şəxs kimi tanındığını iddia edərək onun arvadını işə götürməkdən imtina edib. Bunu öyrənən 44 yaşlı kişi məktəbə hücum edərək direktorla münaqişə yaradıb.

Faktla bağlı Şamaxı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə açılmış iş baxılması üçün məhkəməyə göndərilib.

Məktəb direktoru məhkəmədən ona cəza verilməsini istəyib. Lakin məhkəmə Elxanın ilk dəfə cinayət törətməsini, azyaşlı övladlarını və digər halları nəzərə alaraq, sınaq müddəti verilməklə şərti cəza təyin edib.nın vasitəçilik səyləri ilə bağlı məsləhətləşmələr daxildir.
//sfera.az

Son xəbərlər