Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

DÇ-2026-da növbəti mərhələ şansını itirən daha bir komanda bəlli oldu

23.06.2026 16:05 858
DÇ-2026-da növbəti mərhələ şansını itirən daha bir komanda bəlli oldu
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə 2026-cı il dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanmaq ümidlərini itirən dördüncü komandanın adı məlum olub.

Bu, J qrupunun II turunda Əlcəzair komandasına 2:1 hesabı ilə məğlub olan İordaniya yığması olub.

Qeyd edək ki, bundan öncə daha üç komandanın - Türkiyə, Haiti və Tunisin 1/16 finala yüksəlmək şansından məhrum olduğu dəqiqləşmişdi.

Xatırladaq ki, İordaniya yığması qrup mərhələsinin III turunda Argentina ilə üz-üzə gələcək.

Son xəbərlər