Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Arıqlama iynəsi vuranların nəzərinə - Ölümə və komaya səbəb ola bilər

22.06.2026 21:13 402
Arıqlama iynəsi vuranların nəzərinə - Ölümə və komaya səbəb ola bilər
Sosial mediada məşhurların paylaşımları ilə sürətlə populyarlaşan arıqlama iynələrinin istifadəsi ilə bağlı mütəxəssislər tərəfindən ciddi xəbərdarlıq edilib.

Median.Az
xəbər verir ki, Ankara Təhsil və Araşdırma Xəstəxanasının Endokrinologiya və Metabolizma Xəstəlikləri üzrə mütəxəssisi Prof. Dr. Mustafa Altay bildirib ki, cəmiyyətdə bu preparatlarla bağlı ciddi məlumat çirkliliyi mövcuddur.

Onun sözlərinə görə, dərmanlar həkim nəzarəti və resept olmadan istifadə edilməməlidir.

Mütəxəssis sosial mediada "dərhal arıqladır” kimi iddialara aldanaraq poliklinikalara müraciət edənlərin sayının artdığını qeyd edib və bu yanaşmanın ciddi sağlamlıq riskləri yaratdığını vurğulayıb.

Altayın sözlərinə görə, arıqlama iynələri əsasən tip 2 diabetin müalicəsində və həyat tərzi dəyişikliklərinə baxmayaraq kilo verə bilməyən obez xəstələr üçün nəzərdə tutulur. O bildirib ki, düzgün xəstə qrupunda tətbiq edildikdə effektli nəticələr əldə oluna bilər, lakin bu proses mütləq həkim nəzarəti altında aparılmalıdır.

Həkim əlavə edib ki, bu preparatların istifadəsindən əvvəl xəstələrin böyrək və qaraciyər funksiyaları, ürək sağlamlığı və digər risk faktorları diqqətlə qiymətləndirilməlidir. Ailədə bəzi endokrin xəstəliklər və ya pankreas iltihabı kimi halların olması da nəzərə alınmalıdır.

Mütəxəssis vurğulayıb ki, nəzarətsiz və qeyri-qanuni satılan "arıqlama iynələri” ciddi sağlamlıq fəsadlarına səbəb ola bilər və bu səbəbdən yalnız tibbi göstərişlə istifadə olunmalıdır.\\azxeber.com

Son xəbərlər