Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

Avtobuslarda kondisioner problemi: Sərnişinlər çətin vəziyyətdə - Video

20.06.2026 14:09 795
Avtobuslarda kondisioner problemi: Sərnişinlər çətin vəziyyətdə - Video
Temperatur yüksəldikcə ictimai nəqliyyatda da isti müzakirələr başlayır. Sərnişinlər deyirlər ki, avtobuslarda kondisionerlər ya qoşulmur, ya da ümumiyyətlə işləmir. Beləcə, həm sərnişinlər, həm də sürücülər çətin vəziyyətdə qalırlar. İstiyə qarşı öz üsullarını tapmağa çalışan sürücülər də var.

Median.Az xəbər verir ki bu barədə İTV-nin videomaterialında bildirilib.

Çəkiliş zamanı avtobuslardan biri kondisioner nasazlığı səbəbindən təmirə göndərilib. Sürücülər isə deyirlər ki, nasazlıq baş verəndə sərnişinlər ilk növbədə onları günahlandırırlar:

"Maşın qarajdan çıxır, yolda xarab olur, onu sərnişin bilmir. Biz də məlumat veririk ki, indi olub".

Daşıyıcı şirkətlər isə bildirirlər ki, avtobusların böyük əksəriyyətində kondisionerlər işlək vəziyyətdədir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, hər il olduğu kimi, bu il də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi xəbərdarlıq məktubu göndərilib.
скачать dle 11.3
Mojo.az Banner