Mojo.az Banner
23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni ekspres avtobuslarla bağlı narazılıq - AÇIQLAMA

23.01.2024 22:28 1 287
Yeni ekspres avtobuslarla bağlı narazılıq - AÇIQLAMA
Yanvarın 21-dən Sumqayıt-Bakı ekspres avtobusları fəaliyyətə başlayıb.

Sərnişinlər ilk gündən problemlə rastlaşdıqlarını bildirirlər. İntervalın 11 dəqiqə olacağı bildirilsə də, avtobuslarda oturacaqların hamısı dolmamış hərəkət etmədiyi iddia olunur.

Həmçinin artıq iki gündür səhər saatlarında avtobusda ödəniş kartını oxuma cihazlarının işlək olmadığını deyirlər. Nəticədə sərnişinlər növbədə dayanan digər avtobuslara yönləndirilib.

Avtobusun ödəniş üçün nəzərdə tutulan avadanlığının əvvəlcədən yoxlanılıb-yoxlanılmadığı və intervalın uzanma səbəbi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov “Teleqraf”a iddiaları təkzib edib.

O bildirib ki, Sumqayıt-Bakı ekspres xəttində 14 avtobus 11 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir: “Sürətli sərnişindaşımanı təmin edən ekspres avtobuslar müntəzəm reyslərə aiddir və qrafik üzrə hərəkət edir”.

Oxuma cihazlarının işlək olmamasına gəlincə, Tural Orucov qeyd edib ki, reysqabağı bütün oxuma cihazlarının yoxlanışı həyata keçirilir: “Avtobusun ödəniş üçün nəzərdə tutulan avadanlığında nasazlıq yarandığı təqdirdə isə nasazlıq tez bir zamanda aradan qaldırıla və ya sərnişinlər növbəti ekspres avtobusunla yola salına bilər”.скачать dle 11.3
Mojo.az Banner