Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Paytaxtda ekspres marşrutların sayı artırılacaq

13.02.2024 14:37 1 995
Paytaxtda ekspres marşrutların sayı artırılacaq
Vətəndaşlar mənzil başına daha tez çatmağı hədəfləyirlər və bəzən də bunun üçün qanunsuz sərnişindaşıma vasitələrdən də istifadə edirlər. Sərnişinlər üçün müəyyən seçimlər olmalıdır. Yəni müntəzəm daşımalarla yanaşı ekspres marşrutların təşkili çox önəmlidir. Bu səbəbdən də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ekspres marşrutların sayının artırılması və əhatə dairəsinin genişləndirilməsini hədəfləyib.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov deyib.

“Hazırda marşrut şəbəkəsində birbaşa daşımadır. Amma əslində prinsip başqa cür olmalıdır. Bunun üçün ətraf ərazilərdə nəqliyyatın mübadilə mərkəzləri olmalıdır. Marşrutlar bu nəqliyyat mübadilə mərkəzləri ilə əlaqələnməlidir”, - deyə o əlavə edib.

AYNA rəsmisi bildirib ki, ətraf qəsəbələrdə qəsəbədaxili xətlərin təşkili nəzərdə tutulub:

“Biz buna bəsləyici xətlər də deyə bilərik. Bu xətlər vasitəsilə sərnişinlər müəyyən cəlbetmə məntəqələrinə gedə, oradan isə əsas xətlərlə şəhər istiqamətinə hərəkət edə biləcəklər. Marşrut şəbəkəsinin daha əlçatan olması optimallaşma işinin əsas tərkib hissəsidir”.скачать dle 11.3
Mojo.az Banner