Mojo.az Banner
23:02 İşğaldan azad edilmiş ərazilərə giriş portalı nə vaxt ləğv ediləcək? - AÇIQLAMA  |     22:54 "Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır  |     22:49 FİFA İnfantinonun imicini yaxşılaşdırmaq üçün 3 milyon dollar xərcləyib  |     22:41 İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA  |     22:36 Benzema "ƏI-Hilal"dan getdi  |     22:30 Bakının bu ərazilərində qazın verilişində fasilə olacaq  |     22:28 Avtomobiliniz kiberhücuma məruz qala bilər – Bu əlamətlərə DİQQƏT  |     22:19 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir  |     22:09 Ramiz Mehdiyevə yeni ittiham elan olundu  |     22:00 Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi bəlli olub  |     21:46 Rusiyada səfərbərliklə bağlı açıqlama  |     21:35 Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var  |     21:30 "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi  |     21:28 Bakıda keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlandı  |     21:25 Güclü külək, leysan və şimşək - Əhaliyə XƏBƏRDARLIQ edildi  |     21:07 Ağdamda tikinti şirkətindən şikayət: "4 ay işlədim, 3 000 manatımı ala bilmirəm"  |     21:00 "Anthropic"in başı dərddə: Təzminat məbləği milyardlarla dollara çata bilər  |     20:55 "TikTok"da tanışlıq 91 min manatlıq dələduzluqla nəticələndi  |     20:47 Məşhur mağazanın keçmiş rəhbəri həbs edildi - 285 min manatlıq dələduzluq  |     20:42 Sumqayıtda "iPhone" fırıldağı və qadına qarşı şantaj  |    
Left Banner
Right Banner

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi - TƏFƏRRÜAT

17.06.2026 12:48 282
Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi - TƏFƏRRÜAT
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Zəminə Əsədovanın (adı və soyadı şərtidir) cinayət işinin bəzi detalları məlum olub.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, təqsirləndirilən şəxs tanışı, 1959-cu il təvəllüdlü Rəmzi Səfərovla (adı və soyadı şərtidir) bağlı əldə etdiyi şəxsi xarakterli görüntülərdən istifadə edərək onu rüsvayedici məlumatlar yayacağı ilə hədələyib və müxtəlif vaxtlarda pul vəsaiti alıb.

Cinayət işi materiallarında göstərilir ki, hadisələrin əsası 2025-ci ilin mart ayında qoyulub.

Belə ki, 1989-cu il təvəllüdlü Zəminə Əsədova və Rəmzi Səfərov Bakı şəhərinin Nəsimi rayonunda yerləşən kirayə mənzildə görüşüblər. Tərəflər həmin mənzildə qarşılıqlı razılıq əsasında bir araya gəliblər.

Təqsirləndirilən şəxs görüş zamanı kişinin onunla seksual xarakterli hərəkətlər etməsini əks etdirən görüntüləri gizli şəkildə çəkib. Həmin görüntülər sonradan Rəmzi Səfərova qarşı təzyiq vasitəsi kimi istifadə olunub. Bir müddət sonra qadın kişi ilə telefon əlaqəsi saxlayaraq ondan pul tələb etməyə başlayıb.

O, Rəmzi Səfərova həmin görüntüləri ailə üzvlərinə və digər şəxslərə göndərəcəyini, həmçinin onun barəsində rüsvayedici məlumatlar yayacağını bildirib. Zəminə bu məqsədlə kişidən 1 000 manat məbləğində pul tələb edib. Kişi əvvəlcə bu tələbə razı olmayıb və pul verməkdən imtina edib. Bundan sonra təqsirləndirilən şəxs çəkdiyi görüntülərdən birini "WhatsApp" tətbiqi vasitəsilə ona göndərib. Görüntünü göndərdikdən sonra Zəminə yenidən pul tələb edib və vəsait ödənilməyəcəyi təqdirdə həmin materialların yaxınlarına və digər şəxslərə göndəriləcəyini söyləyib.

Rəmzi Səfərov təhdidlərin təsiri altında müxtəlif vaxtlarda ümumilikdə 1 000 manat pul vəsaitini təqsirləndirilən şəxsin istifadəsində olan bank kartlarına köçürüb. Köçürmələr 2025-ci ilin mart ayından aprel ayınadək olan müddətdə həyata keçirilib.

Bununla da, istintaqın qənaətinə görə, Zəminə hədə-qorxu yolu ilə 1 000 manat pul vəsaitini ələ keçirib.

Araşdırmalar zamanı məlum olub ki, bununla kifayətlənməyən təqsirləndirilən şəxs sonradan eyni üsulla yenidən pul tələb edib.

İttihama görə, 2025-ci ilin aprel ayında o, yenidən Rəmzi Səfərovla əlaqə saxlayıb. Həmin vaxt kişi Bakı şəhərinin Xəzər rayonu ərazisində, hava limanında olub. Zəminə telefon danışığı zamanı yenidən rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək daha 1 000 manat tələb edib.

Rəmzi Səfərov bu dəfə də təzyiqlərdən sonra tələb olunan məbləği təqsirləndirilən şəxsin istifadəsində olan bank kartına köçürüb.

Beləliklə, istintaqın qənaətinə görə, təqsirləndirilən şəxs Rəmzi Səfərovdan ümumilikdə 2 000 manat məbləğində pul vəsaitini hədə-qorxu yolu ilə əldə edib.

Toplanmış sübutlar, bank köçürmələrinə dair məlumatlar, telefon danışıqları, elektron yazışmalar və digər materiallar əsasında ona müvafiq maddələrlə ittiham elan olunub.

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Zəminə Əsədova özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyib.

Məhkəmənin hökmü ilə o, 4 il 8 ay müddətə azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner