Mojo.az — elanlar
Son Xəbərlər
14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |    
Mojo.az Avto
Mojo.az Avto

Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi

14.11.2025 12:20 438
Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Cəfər Bayramovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Cəfər Bayramov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, daha əvvəl məhkumluq həyatı yaşamış Cəfər Bayramov 2025-ci ilin mart ayında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Lənkəran rayonunda tanışı olan Cəmilə Vəliyevanı (adı və soyadı şərtidir) aldadaraq, ona guya hüquq-mühafizə orqanları əməkdaşlarının onların münasibətindən xəbərdar olduqlarını və ailə üzvləri arasında rüsvay olacaqlarını bildirib, qorxu hissi yaratmaqla həmin şəxsdən adına kredit götürməsini xahiş edib. Təqsirləndirilən şəxs qadına kredit məbləğini özünün qaytaracağına dair yalan vədlər verərək, onun etibarından sui-istifadə edib. Nəticədə zərərçəkmişin bankdan aldığı 1 400 manat məbləğində pulu ələ keçirib, şəxsi məqsədlərinə xərcləyib.

Bundan başqa, Cəfər Bayramov eyni ilin mart ayının sonunda digər tanışı Arif Ələkbərova (adı və soyadı şərtidir) qarşı hədə-qorxu ilə pul tələb etmək niyyətinə düşüb. O, Arifin guya çəkilmiş rüsvayedici videomateriallarının özündə olduğunu deyərək, həmin görüntüləri sosial şəbəkələrdə yaymaqla hədələyib və bu yolla ondan əvvəlcə 2 000 manat, daha sonra isə təkrarən 250 və 200 manat məbləğlərində pul tələb edərək ələ keçirib.

Beləliklə, təqsirləndirilən şəxs müxtəlif şəxslərə hədə-qorxu yolu ilə ümumilikdə 2 850 manat məbləğində vəsaiti ələ keçirib.

Son xəbərlər