Mojo.az Banner
23:00 ABŞ və İran razılığa gəldilər  |     22:53 İkinci dəfə "Çeçenistan qəhrəmanı" oldu  |     22:44 33 il sonra Kəlbəcərin ilk məzunu  |     22:39 İtkin model Epşteynin qurbanı olub?  |     22:33 5 ildə bütün dünyada içki içənlərin sayı azalacaq - Yeni statistika  |     22:24 Saray qəsəbəsində yeniyetmə küçə itlərinin hücumuna məruz qalıb  |     22:16 Xəstəxanada həkimin pullarını oğurlayan şəxsə hökm oxundu  |     22:10 Naxçıvan reyslərini icra edən təyyarələr Bakıya geri qayıdıb  |     22:05 Türkiyədə qanunsuz mərc oyunları: 116 şübhəli saxlanıldı  |     21:57 Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olunub  |     21:50 Qonaq getdiyi kənddə kanalda batdı  |     21:46 1 və 3 qəpiklər dövriyyədən çıxarılır?  |     21:41 Xərçəng xəstəliyi artır - 2050-ci il üçün proqnozlar açıqlandı  |     21:32 Türkiyədə oxuyan tələbələr üçün quru sərhədlər açıla bilərmi?  |     21:26 "Sabah" bu futbolçunun transferinə 720 min manat xərcləyib  |     21:21 Sabah 35 dərəcə isti olacaq  |     21:13 Bakıda 50 min manatlıq "telefon biznesi" dələduzluğu  |     21:08 Ağdaşda avtomobili ildırım vurdu - Yanğın oldu  |     21:00 Estoniyanın Azərbaycanda səfirliyi açıldı  |     20:54 Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü?  |    
Left Banner
Right Banner

Bu halda ağacların kəsilməsinə icazə veriləcək

12.06.2026 19:56 108
Bu halda ağacların kəsilməsinə icazə veriləcək
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda müəyyənləşir, ağaclar dəyəri ödənilməklə kəsiləcək, kollar üçün isə ödəniş alınmayacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yaşıllıqların mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar kənd təsərrüfatı fəaliyyətinə mane olduqda yaşıllıqların götürülməsinə yol veriləcək. Bu halda yaşıllıqların götürülməsi (kəsilməsi) ağaclara münasibətdə onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilməlidir.

Layihəyə əsasən, bu halda kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə görə bərpa dəyəri ödənilməyəcək. Kolların kəsilməsi ilə bağlı isə məlumatlandırma icraatı həyata keçirilməlidir.

Ərizəçi tərəfindən kolların kəsilməsindən əvvəl müvafiq məlumatlar təqdim olunur. Yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsi qadağandır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 10 (on) təqvim günü müddətində həmin kolların kəsilməsinə dair irad ərizəçiyə təqdim edilmədikdə, ərizəçi kolların kəsilməsini həyata keçirə bilər. İrad olduqda, həmin irad normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.

Qeyd edək ki, hazırda ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda da yaşıllıqların götürülməsinə yol verilir. Təklif olunan dəyişikliyə görə, bu halda da ağaclara münasibətdə onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra prosesin həyata keçirilməsi şərti müəyyənləşir.

Layihədə ağac və kol anlayışları da əksini tapıb.

Əgər hazırda yaşıllıqların götürülməsi qanunda icazə verilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbir sayılırdısa, yeni təklif oluna dəyişikliklərlə əlaqədar bu sıraya ağac, kol və digər bitkilərin bərpa edilmədən kəsilməsi daxil edilir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
//unikal.azскачать dle 11.3
Mojo.az Banner