Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:00 57 min manat ziyan vurduğu qadınla barışdı, məhkəmə azadlığa buraxdı  |     14:56 "Qızıl top" uğrunda Keynlə Mbappe arasında mübarizə necə keçib?  |     14:54 İƏT-in Baş katibi: "Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"  |     14:47 Finlandiya prezidenti: "Azərbaycanın Avropa İttifaqına üzv olmaq şansı var"  |     14:47 İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"  |     14:45 Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqlədi  |     14:43 Prezident: "Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"  |     14:42 İlham Əliyev: "Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb"  |     14:41 Prezident: "Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"  |     14:33 Təhlükəli məhsullarla bağlı YENİLİK: Hansı mallar bazardan yığışdırılacaq?  |     13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda bağçada valideynlərdən pul yığılır? - İDDİA - VİDEO

10.06.2026 22:02 471
Bakıda bağçada valideynlərdən pul yığılır? - İDDİA - VİDEO
Baku TV-nin qaynar xəttinə daxil olan müraciətdə iddia olunur ki, 265 nömrəli körpələr evi-uşaq bağçasında valideynlərdən hər ay müxtəlif adlar altında pul yığılır.

Şikayətçinin sözlərinə görə, təxminən 100 uşağın təhsil aldığı müəssisədə hər uşaq üçün aylıq 25 manat tələb edilir.

İddialara əsasən, hətta bağça müdirinin ad günü münasibətilə də valideynlərdən əlavə vəsait istənilib.

"Müəssisədə təmizlik yeni rəhbərlik gəldikdən sonra yaxşılaşıb. Valideynlərdən hər ay pul yığılması ilə bağlı iddialar isə həqiqəti əks etdirmir", - deyə valideynlərdən biri bildirib.

"Uşağımı bir yaş səkkiz aylığından həmin bağçaya qoymuşam. Bu bağça ilə bağlı heç bir narazılığım yoxdur. Yeni rəhbərlik gələndən sonra bağça tamamilə dəyişib. İndiyədək heç kimdən məcburi şəkildə pul yığıldığının şahidi olmamışam", - deyə digər valideyn qeyd edib.

Son xəbərlər