Mojo.az Banner
11:25 19 yaşlı Xədicənin ölümünün təfərrüatı: Qonşular əl qumbarasının evə necə gətirildiyini açıqladılar - VİDEO  |     11:15 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar  |     23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |    
Mojo.az Avto
Mojo.az Avto

Bağçada uşaqları təhqir edən tərbiyəçi ilə bağlı QƏRAR - Video

07.05.2026 15:02 627
Bağçada uşaqları təhqir edən tərbiyəçi ilə bağlı QƏRAR - Video
Sosial şəbəkədə Gəncədə fəaliyyət göstərən özəl bağçalardan birində tərbiyəçi müəllimin dərs zamanı azyaşlılara qarşı kobud rəftar etməsi və təhqiramiz ifadələr işlətməsinə dair görüntülər yayılıb.

Baku TV məsələ ilə bağlı bağça rəhbərliyinin və valideynlərin mövqeyini öyrənmək üçün sözügedən müəssisədə olub.

Valideynlər hadisədən narahat olduqlarını bildirərək müəllim heyətinin dəyişdirilməsini tələb ediblər.

"Bu hadisə bizi ciddi narahat etdi. Mənim oğlum da görüntülərdə yer alıb. Həmin müəllim indiyədək uşaqlarla çox mehriban davranırdı, belə hallarla qarşılaşmamışıq. Bağça rəhbərliyindən məsələyə aydınlıq gətirilməsini istəyirik", - deyə valideynlərdən biri narazılığını ifadə edib.

Bağça rəhbərliyi isə hadisə ilə bağlı müvafiq tədbirlərin görüldüyünü açıqlayıb.

Bildirilib ki, məsul şəxs işdən azad olunub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə əlaqədar bağçanın əməkdaşı polis idarəsinə dəvət olunaraq onunla profilaktik söhbət aparılıb.
скачать dle 11.3
Mojo.az Banner