Keçmiş MTN zabiti öldü - FOTO
Bu barədə universitet məlumat yayıb.
Qeyd edək ki, Tariel Abbasov 1970-ci ildə Bakı şəhərində anadan olub. 1986-1991-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb.
O, əmək fəaliyyətinə Bakının Yasamal rayonunun 20 saylı orta məktəbində tarix müəllimi kimi başlayıb. 1992-ci ildə Qərb Universitetinin hazırlıq fakültəsində, daha sonra Politologiya kafedrasında baş müəllim, İşgüzar inzibatçılıq fakültəsində dekan müavini işləyib. 1994-cü ildə Milli Təhlükəsizlik Nazirliyinə (keçmiş MTN) hərbi xidmətə qəbul olunub, 2009-cu ildə ehtiyata buraxılıb.
