Mojo.az Banner
13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |     11:48 Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat  |     11:31 Azərbaycanda polkovnik həbs edildi  |     23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəhid ailələrində müavinət necə bölünür? - Hüquqşünasdan CAVAB

09.06.2026 22:43 360
Şəhid ailələrində müavinət necə bölünür? - Hüquqşünasdan CAVAB
Şəhid ailələrinin sosial təminatı və müavinətlərin bölgüsü cəmiyyətdə ən çox müzakirə edilən, bəzən isə yanlış anlaşılan mövzulardan biridir.
 
Xüsusilə evli şəhidlərin geridə qalan ailə üzvləri arasında hüquqi bölgünün hansı kriteriyalara əsasən aparılması həm mənəvi, həm də maddi baxımdan ciddi suallar doğurur.
 
Qanunvericiliyin bəzi hallarda şəhidin yoldaşı və uşaqlarını, bəzi hallarda isə ata və anasını ön plana çəkməsi təcrübədə ailədaxili narazılıqlara yol açır.
 
Bəs qanunvericiliyə görə, şəhid evli olduqda dövlət tərəfindən ayrılan təqaüd və müavinətlər hansı hallarda ancaq həyat yoldaşına və uşaqlarına verilir? Ata və ananın bu ödənişlərdən pay alması üçün qanun hansı xüsusi şərtləri tələb edir?
 
Məsələ ilə bağlı hüquqşünas Şəbnəm Mirələmli Sfera.az-a açıqlamasında bildirib ki, şəhid ailələrinin sosial müdafiəsi məqsədilə qanunvericilikdə bir neçə növ ödəniş və təminat tədbirləri nəzərdə tutulub. Onun sözlərinə görə, bu ödənişlərin hər biri ayrı-ayrı normativ hüquqi aktlarla tənzimlənir və hüquq sahibi şəxslər də ödənişin növündən asılı olaraq fərqlənə bilər:

“Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən hər şəhidə görə şəhid ailəsinə aylıq 700 manat məbləğində Prezident təqaüdü ödənilir. “Şəhid ailəsi” anlayışı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə uyğun müəyyən edilir. Həmin maddəyə əsasən şəhid ailəsinin üzvləri ər-arvad, valideynlər, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlar, müəyyən hallarda qardaş və bacılar, təhsil alan şəxslər (23 yaşadək), habelə qanunla onları saxlamalı şəxs olmadıqda babalar və nənələr hesab edilirlər. Bu səbəbdən şəhidin evli olması valideynlərin avtomatik olaraq şəhid ailəsi üzvü statusunu itirməsi demək deyil”.



Hüquqşünas valideynlərin hansı hallarda aylıq müavinət aldıqlarını açıqlayıb:



“Əmək pensiyaları haqqında” Qanuna əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının himayəsində olan müəyyən ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ var. Bu hüquq bir sıra şəxslərə şamil edilir. Məsələn, 18 yaşına çatmamış uşaqlara, 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşdan yuxarı əlilliyi olan şəxslərə. Əyani təhsil alan övladlara (23 yaşadək), pensiya yaşına çatmış və ya əlilliyi müəyyən edilmiş ata, ana, ər və ya arvada. Həmçinin yaşından və əmək qabiliyyətindən asılı olmayaraq, şəhidin 8 yaşına çatmamış uşaqlarına baxan və işləməyən valideynlərdən birinə və ya digər qanunla nəzərdə tutulmuş ailə üzvlərinə şamil edilir. Göründüyü kimi, valideynlərin pensiya almaq hüququ yalnız şəhidin valideyni olmaları ilə deyil, qanunda müəyyən edilmiş əlavə şərtlərin mövcudluğu ilə bağlıdır". Qeyd edim ki, şəhid ailələrinə birdəfəlik 11 min manat məbləğində ödənişlər də verilir. Bu ödəniş şəhid ailəsi üzvü statusuna görə deyil, vərəsəlik hüququ əsasında həyata keçirilir. Buna görə də ödənişin alınması və bölüşdürülməsi vərəsəlik qanunvericiliyinin tələblərinə uyğun müəyyən edilir. Həmçinin, qanunvericiliyə əsasən, şəhidin dəfn mərasiminin təşkili məqsədilə 3.000 manat məbləğində maliyyə yardımı da ödənilir. Bu yardım şəhidin valideynlərinə və ya onların nümayəndələrinə təqdim olunur və ödəniş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir”.



Ş. Mirələmli bildirib ki, şəhid ailələrinə verilən Prezident təqaüdü, ailə başçısını itirməyə görə pensiya, sosial müavinət, birdəfəlik ödəniş və dəfn yardımı fərqli hüquqi əsaslara malikdir. Buna görə də şəhidin həyat yoldaşı, uşaqları və valideynlərinin hər bir ödəniş üzrə hüquqları ayrıca qiymətləndirilməli, konkret ödəniş növünü tənzimləyən normativ hüquqi aktın tələbləri nəzərə alınmalıdır.
скачать dle 11.3
Mojo.az Banner