Mojo.az Banner
12:51 Azərbaycanda səhiyyə sistemində 11 min əməkdaş işdən çıxarılacaq?  |     12:48 Mağazalarda eyni məhsulun fərqli qiymətə satılmasının səbəbləri açıqlanıb  |     12:43 Ağstafada 25 yaşlı gənc bıçaqlanıb  |     12:41 Küçə kəsimi niyə hələ də davam edir? – Ekspertdən ciddi xəbərdarlıq  |     12:36 İş yerində baş verən hadisəyə görə işəgötürən həbs oluna bilər – Açıqlama  |     12:26 “Əgər quru sərhədlər açıq olsaydı...” – İran rialı ilə bağlı diqqətçəkən AÇIQLAMA  |     12:13 Bu universitetlər birləşdirilə bilər  |     12:09 Marketlərdə şəkər tozu qıtlığı: “Azərsun”dan AÇIQLAMA  |     12:04 Azərbaycanda həkim çatışmazlığı: Regionlarda vəziyyət niyə daha ağırdır?  |     11:52 25 min manata yaxın pul yığıb yol çəkdirdilər, üç gün sonra dağıldı - Sakinlərdən ŞİKAYƏT - VİDEO  |     11:30 İkiqat Azərbaycan çempionu VƏFAT ETDİ - FOTO  |     11:25 Göyçayda ana pilləkəndən yıxıldı, üçaylıq körpəsi öldü  |     11:19 Ağa Salamov "ağ yudu, qara sərdi" — "50-60 manata pendir olar?"  |     11:14 Bəzi yerlərə leysan yağır, güclü külək əsir - FAKTİKİ HAVA  |     23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |    
Left Banner
Right Banner

Eldar Quliyev əmr imzaladı: Əhliman Əmiraslanov və Abel Məhərrəmov şuranın rəhbərliyində yer aldılar

09.06.2026 22:24 384
Eldar Quliyev əmr imzaladı: Əhliman Əmiraslanov və Abel Məhərrəmov şuranın rəhbərliyində yer aldılar
Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) sədrinə yeni müavinlər təyin olunub.

Median.Az
"Yeni Sabah"a istinadən xəbər verir ki, bu barədə şura sədri, Milli Məclisin deputatı Eldar Quliyev müvafiq əmrlər imzalayıb.

Əmrlə parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini təyin edilib.

Eyni zamanda, Milli Məclisin İntizam Komissiyasının sədri, professor Eldar İbrahimov, deputat Ağalar Vəliyev, "Gəncəli" İstehsalat-Kommersiya şirkətinin rəhbəri, iş adamı Bayram Yusifov, Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, sabiq deputat Tahir Süleymanov və Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov isə AAŞ-ın sədr müavinləri təyin ediliblər.

Xatırladaq ki, adları çəkilən şəxslər əvvəllər də Ağsaqqallar Şurası sədrinin müavini postunda çalışıblar. Qurumun Nizamnaməsinə əsasən, qurultaydan sonra rəhbərlik yenidən formalaşdırılır. Aprelin 23-də şuranın IX qurultayı keçirilib.

AAŞ sədri Eldar Quliyev Nizamnaməyə uyğun olaraq, müavinlərin yenidən təyinatı ilə bağlı əmrlər imzalayıb.скачать dle 11.3
Mojo.az Banner