Mojo.az Banner
21:26 İsmayıllıda xəstəxanada ölüm hadisəsi baş verdi  |     21:19 İyunun 6-da Azərbaycanda neçə cütlük evlənib?  |     21:12 İsmayıllıda minik avtomobili yandı  |     21:05 Azərbaycan Portuqaliyada səfirliyini açmağa hazırlaşır  |     21:00 Həbsdə olan biznesmenin müsadirə olunan əmlakları (SİYAHI)  |     20:53 11-ci sinif şagirdi Araz çayında batdı  |     20:48 Oğlu ilə birgə dəm qazından boğulan şəxs müəllim imiş  |     20:41 "Kiyev sülh prosesini ləngidir" - Peskov  |     20:29 "Toplum Tv" işində təqsirləndirilənlərə cəza istənildi  |     20:21 Qaxda 1 tondan artıq çətənə kolu məhv edildi  |     20:16 Fərdi və fermer təsərrüfatlarında heyvanların monitorinqi keçiriləcək  |     20:08 Dövlət qurumlarına verilən yeni domenlərin sayı açıqlandı  |     20:03 Ermənistan vətəndaşlığı alan Qarabağ ermənilərinin sayı açıqlandı  |     19:55 Bayram günlərində Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edildi  |     19:50 Bakıda narkotik satan qadın və onunla əlbir olan kişi həbs edildi  |     19:42 Azərbaycanda "Instagram" kiberzorakılıq hadisələrində liderdir  |     19:37 Abşeronda 42 yaşlı qadını "tok" vuraraq öldürdü  |     19:29 Sahibkarların nəzərinə! - Ali Məhkəmədən beynəlxalq yükdaşımalarla bağlı açıqlama  |     19:23 Cinayətdə şübhəli bilinən 91 nəfər saxlanıldı  |     19:15 Yaya Ture baş məşqçi təyin edildi  |    
Left Banner
Right Banner

"Toplum Tv" işində təqsirləndirilənlərə cəza istənildi

08.06.2026 20:29 120
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərin hər birinin 3 il dövlət və yerli özünü idarə müəssisələrində müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə Akif Qurbanovun 16 il, Ələsgər Məmmədlinin 15 il, Ruslan İzzətli 16 il, Ramil Babayev 14 il , Əli Zeynalov 15 il , Müşfiq Cabbarov 14 il , İlkin Əmrahov 14 il , Fərid İsmayılov 13 il və Elmir Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. O, Elmir Abbasovun zaldan həbs olunmasını istəyib. Eyni zamanda təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş maşınları və evlərinin müsadirə edilərək mülki iddianın təmin edilməsini təklif edib.

Növbəti proses iyunun 22-nə təyin edilib.

Xatırladaq ki, 2024-cü ilin martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.
"Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.
//unikal.azскачать dle 11.3
Mojo.az Banner