Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

1, 3 və 5 qəpikləri dəyişəndə faiz tutulmalıdır? - RƏSMİ AÇIQLAMA

08.06.2026 17:29 774
1, 3 və 5 qəpikləri dəyişəndə faiz tutulmalıdır? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda 1, 3 və 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb olunması ilə bağlı iddialar yayılıb.

Median.Az
"Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə tanınmış jurnalist İradə İsaq bir müddət əvvəl sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, qəpiklə 75 manat miqdarında pulu dəyişmək üçün banka yaxınlaşanda ona bildirilib ki, 5 faiz əskiyinə dəyişmək mümkündür: "Bu gün soruşmuşam, nə desələr yaxşıdır, "dəyişərik, 5 faiz əskiyinə". Deyirəm, niyə? Deyir, "xırda qəpikləri manatla dəyişəndə itki olur".

Eyni Azərbaycan əsginasları deyilmi? Qəpik və ya manat arasında niyə fərq var ki? Əgər belə hörmətsiz olacaqdılarsa, bu qəpiklər niyə var? Qəpik belə hörmətsizdirsə, niyə hələ də dövriyyədən çıxarılmır?"

Məsələni dəqiqləşdirmək üçün Azərbaycan Mərkəzi Bankına (AMB) göndərilmiş sorğuya verilmiş cavabı təqdim edirik:

"AMB İdarə Heyətinin 18 may 2020-ci il tarixli 23/1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları"nın 4.6-cı bəndinə əsasən, Mərkəzi Bankda milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz əsasda aparılır və nominal dəyəri ödənilən pul nişanları məhdudiyyətsiz dəyişdirilir. Banklar (operator banklar istisna olmaqla) pul nişanının dəyişdirilməsi zamanı öz tarif siyasətinə uyğun olaraq bu əməliyyatları ödənişli və ya ödənişsiz əsasda həyata keçirə bilər.

Qeyd edilənlərə əsasən bildiririk ki, nominal dəyəri ödənilən milli pul nişanlarını ödənişsiz əsasda dəyişdirmək istəyən şəxslər bununla bağlı AMB-nin ərazi idarələrinə (Naxçıvan Muxtar Respublikası İdarəsi, Yevlax Ehtiyat Mərkəzi və Biləsuvar Regional Mərkəzi), habelə AMB tərəfindən müəyyən edilmiş operator banklara ("Kapital Bank" ASC və "ABB" ASC) və onların ölkə ərazisində fəaliyyət göstərən filiallarına müraciət edə bilərlər".

Son xəbərlər