Mojo.az Banner
11:11 Kanadada İslam Mərkəzinə naməlum şəxslər hücum ediblər  |     23:01 Azərbaycandan Bolqarıstana ixrac olunan neftin həcmi artdı  |     22:53 Notarius ilk məhkəməsində həbs edildi  |     22:46 Ev almaq adı ilə gəldi, oğurluq etdi  |     22:40 Qızlar Universitetinin tələbələrinin aqibəti necə olacaq?  |     22:33 Məhkəmə sürücüyə bəraət verdi  |     22:28 Azərbaycan-Türkiyə Universitetinə ilk rektor təyin edildi  |     22:21 NDU-nun keçmiş şöbə müdiri tenderə görə 4 min manat alıb (TƏFƏRRÜAT)  |     22:13 16 yaşlı Mədinə niyə ölüb? - Atası danışdı  |     22:08 Naxçıvanda "İnstagram" vasitəsilə telefon dələduzluğu  |     22:00 UEFA FIFA turnirlərinə boykot elan etdi  |     21:55 Sabah Abşeron rayonunun və Bakı şəhərinin bir hissəsində qaz olmayacaq  |     21:48 UEFA Avropa Liqası: "ÇSKA Sofiya" - "Qarabağ" matçının start heyətləri bəlli oldu  |     21:41 Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı  |     21:36 Rəsmi Bakı Fransanın Martin Rayan məsələsinə dair bəyanatını qətiyyətlə rədd edib  |     21:22 "Xankəndi" futbol klubu ev oyunlarını doğma şəhərində keçirəcək  |     21:15 Saray sakinlərindən qanunsuz pul yığılır? - Video  |     21:10 Moskvada rusiyalı milyarder həbs edildi  |     21:03 KMBİ vətəndaşların kart məlumatlarını ələ keçirən iki şəxsi saxlayıb - Video  |     20:56 Ceyranbatanda illərdir həllini tapmayan problem - Video  |    
Left Banner
Right Banner

“ChatGPT”-nin danışıq tərzi dəyişir: Yeniliklər açıqlandı

06.06.2026 22:41 348
“ChatGPT”-nin danışıq tərzi dəyişir: Yeniliklər açıqlandı
“OpenAI GPT-5” yeniləməsi ilə bağlı istifadəçilərdən gələn rəyləri nəzərə alaraq çatbotun ünsiyyət tərzində dəyişikliklər etdiyini açıqlayıb. Şirkət bildirib ki, bəzi istifadəçilərin daha “soyuq” və rəsmi hesab etdiyi model bundan sonra daha səmimi ifadələrdən istifadə edəcək.
 
“OpenAI” bu ay “GPT-5” modelini təqdim edərkən onun daha faydalı və insanyönümlü süni intellekt köməkçisi olacağını vurğulayıb. Lakin yeniləmədən sonra bir sıra istifadəçilər “ChatGPT”-nin əvvəlki versiyalarla müqayisədə daha məsafəli danışdığını qeyd ediblər.
 
İstifadəçilərin rəylərindən sonra “OpenAI” modelin üslubuna kiçik dəyişikliklər etməyə qərar verib. Belə ki, “ChatGPT” artıq söhbətlər zamanı “Gözəl sualdır” və ya “Yaxşı başlanğıcdır” kimi qısa və nəzakətli ifadələr işlədərək daha isti ünsiyyət quracaq.
 
Şirkət vurğulayıb ki, bu yenilik istifadəçilərə xoş görünmək və ya onları təsdiqləmək məqsədi daşımır. Məqsəd yalnız istifadəçi təcrübəsini yaxşılaşdırmaq və ünsiyyəti daha təbii etməkdir.
 
Bununla yanaşı, “OpenAI” istifadəçilərə əvvəlki model olan “GPT-4o” versiyasına qayıtmaq imkanı da yaradacağını açıqlayıb. Bu addım fərqli ünsiyyət tərzinə üstünlük verən istifadəçilərə seçim azadlığı təqdim edəcək.
 
Qeyd edək ki, “OpenAI” daha əvvəl “ChatGPT”-nin həddindən artıq təsdiqləyici və istifadəçi yönümlü davranışına görə tənqid olunub. Xüsusilə riskli və təhlükəli mövzularda bu yanaşmanın yanlış istiqamətləndirmələrə səbəb ola biləcəyi bildirilirdi. Şirkət yeni dəyişikliklərlə səmimiyyət və təhlükəsizlik arasında balans yaratmağa çalışdığını qeyd edib.
//sfera.azскачать dle 11.3
Mojo.az Banner