Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda xarici provayderlərlə bağlı cərimələr müəyyənləşir

05.06.2026 19:10 381
Azərbaycanda xarici provayderlərlə bağlı cərimələr müəyyənləşir
Azərbaycanda fəaliyyət göstərən xarici provayderlərlə bağlı cərimələr müəyyənləşir.

Bu, Milli Məclisin İnsan hüquqları və Ailə, qadın və uşaq məsələləri komitələrinin iyunun 8-də birgə iclasında müzakirəyə çıxarılacaq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, provayder dövlət qurumlarının onunla asan və operativ əlaqə saxlamasına imkan verən əlaqə mərkəzi yaratmalı, bu barədə ictimai məlumatlandırmanı həyata keçirməli və əlaqə mərkəzinə rəsmi dövlət dili ilə müraciət imkanını təmin etməlidir.

Xarici hüquqi şəxs olan provayderin Azərbaycan Respublikasının ərazisində yaratdığı filial və ya nümayəndəlik Azərbaycan Respublikasının ərazisində provayderin adından sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz.

Xarici hüquqi şəxs olan provayder Azərbaycan Respublikasının ərazisində yaratdığı filial və ya nümayəndəliyə onu dövlət orqanları (qurumları) ilə, fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil etmək, hüquqlarını və qanuni mənafelərini qorumaq səlahiyyəti, eyni zamanda fəaliyyəti üçün zəruri resurslar verir.
Provayder müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunun 13-4-cü maddəsində qeyd edilən tələblərin təmin edilməsi ilə bağlı göndərdiyi sorğuları 5 (beş) iş günü ərzində cavablandırmalı, sorğu edilən məlumatları tam və dürüst formada təqdim etməlidir.
Bu Qanunun 13-5.1-ci maddəsində göstərilmiş tələbi bu Qanunun 13-4.1-ci maddəsində qeyd edilən siyahıya daxil edildikdən (siyahı qanuni qüvvəyə mindikdən) sonra 6 (altı) ay ərzində yerinə yetirməyən provayderə münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir:

- provayderə yazılı xəbərdarlıq edilir;

- xəbərdarlıqdan sonra 30 (otuz) gün ərzində bu Qanunun 13-5.1-ci maddəsində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə provayderə 100 (yüz) min manat məbləğində maliyyə sanksiyası tətbiq edilir;

- bu Qanunun 13-5.6.2-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsindən 30 (otuz) gün ərzində bu Qanunun 13-5.1-ci maddəsində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə provayderə 300 (üç yüz) min manat məbləğində əlavə maliyyə sanksiyası tətbiq edilir;

- bu Qanunun 13-5.6.3-cü maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsindən 30 (otuz) gün ərzində bu Qanunun 13-5.1-ci maddəsində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dövlət orqanları (qurumları), habelə Azərbaycan Respublikasında vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxslər tərəfindən müvafiq platformada reklam yerləşdirməsinin qadağan edilməsi ilə bağlı qərar qəbul edilir;

- bu Qanunun 13-5.6.4-cü maddəsi ilə qadağanın tətbiq edildiyi tarixdən sonra 90 (doxsan) gün ərzində bu Qanunun 13-5.1-ci maddəsində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 20 (iyirmi) faiz azaldılması üçün məhkəməyə müraciət təmin edilir;

- bu Qanunun 13-6.5-ci maddəsində göstərilən müraciət əsasında qəbul edilən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra 60 (altmış) gün ərzində bu Qanunun 13-5.1-ci maddəsində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 50 (əlli) faiz azaldılması təmin edilir;

- bu Qanunun 13-5.6.6-cı maddəsində göstərilən tədbirin tətbiqindən sonra 60 (altmış) gün ərzində bu Qanunun 13-5.1-ci maddəsində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 90 (doxsan) faiz azaldılması təmin edilir.

Bu Qanunun 13-5.1-ci maddəsinin tələbləri yerinə yetirildiyi halda bu Qanunun 13-5.6.2-ci və 13-5.6.3-cü maddələrində göstərilən maliyyə sanksiyaları dörddə bir məbləğində tətbiq olunur (maliyyə sanksiyaları ödənildiyi halda dörddə üç hissəsi geri qaytarılır) və bu Qanunun 13-5.6.4-cü, 13-5.6.5-ci, 13-5.6.6-cı və 13-5.6.7-ci maddələrində göstərilən məhdudiyyətlər 24 (iyirmi dörd) saat ərzində aradan qaldırılır.

Bu Qanunun 13-5.6.5-ci maddəsində göstərilən müraciətə məhkəmə 5 (beş) gün müddətində baxır və qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.

Bu Qanunun 13-5.6.2-ci və 13-5.6.3-cü maddələrində göstərilən maliyyə sanksiyalarının ödənilməsi üzrə bu

Qanunun 13-5.7-ci maddəsində qeyd edilən güzəşt provayderlərə həmin sanksiyalar tətbiq olunduqdan sonra 6 (altı) ay ərzində icra edildikdə şamil olunur.

Son xəbərlər