Mojo.az Banner
20:01 Bakıda binanın divarı avtomobillərin üzərinə aşdı - Video  |     19:54 Yol polisi skuterçini qəzadan xilas etdi - Video  |     19:40 Rusiya yenə Ermənistanda referendum tələb etdi  |     19:32 Qanuni tələbə məhəl qoymayan sərhəd pozucusuna silah tətbiq edildi  |     19:27 Azərbaycan susuzluqdan əziyyət çəkən 35 ölkə içərisində ola bilər  |     19:19 Cinayətdə şübhəli bilinən 87 nəfər saxlanıldı  |     19:13 İngiltərə Premyer Liqasının ən bahalı futbolçuları - SİYAHI  |     19:05 İsrail və Livan yenidən razılaşdılar  |     18:57 Ölkədən qaçan gömrükçülər Ukraynada tutularaq Azərbaycana gətirildi  |     18:46 Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş  |     18:44 Xocavənddə tələf olan heyvanın əti Beyləqana aparılırmış: FAKT ÜZƏ ÇIXDI  |     18:20 Binəqədidə vətəndaş kranda köməksiz vəziyyətdə qaldı - VİDEO  |     18:04 Sabahdan bəzi məktəblərdə dərslər DİSTANT formada keçiriləcək  |     17:22 Həbs edilən Mehriban Abasquliyeva hansı TANINMIŞ ŞƏXSİN BACISI İMİŞ? - FOTO  |     17:11 Azərbaycan BƏT-in yeni konvensiyasına qoşuldu  |     16:52 Bakıda dərman anbarlarındakı YANĞIN məhdudlaşdırılıb - Xəsarət alan var?  |     16:38 Leyla Əliyeva və Arzu Əliyeva internat tipli ümumtəhsil məktəbində (FOTO)  |     16:14 Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı  |     16:13 Dubaydakı konsulluğumuz hərəkətə keçdi - Zeynəb Cavadlı məsələsi böyüyür  |     15:58 Azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxsə HÖKM OXUNDU  |    
Left Banner
Right Banner

Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş

04.06.2026 18:46 117
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının Xəzər rayonunda 28 yaşlı qız sevgi münasibətində olduğu oğlanı bıçaqlayıb.

Hadisə ötən ilin sentyabrın 11-də rayonunun Binə qəsəbəsi, M.Ə.Sabir küçəsində baş verib.

1998-ci il təvəllüdlü Tamara həmin küçədə yerləşən fərdi yaşayış evinin bir otağında müvəqqəti yaşayan üç il əvvəldən tanıdığı Zöhrab ilə mübahisə edib. Qadın aralarındakı sevgili münasibətinin qısqanclıq zəminin gərginləşdiyi vaxt mobil telefonla ondan hamilə qaldığını bildirərkən Zöhrab hamiləliyin ondan olmadığını, onun həyatında başqa qadının olmasını, onunla bir daha yaxınlıq etməyəcəyini və onun yanma gəlməyəcəyini bildirməsindən qəzəblənib.

Eyni zamanda mobil telefon zənglərinə cavab vermədiyindən narazı qalan Tamara qısqanclıq zəminində mübahisə yaradıb və Zöhrabın müvəqqəti yaşadığı həmin ünvandakı evə gəlib, onu cəzalandırmaq məqsədlə xəsarət yetirmək niyyətini həyata keçirmək qərarına gəlib.

Tamara evin zal otağındakı stolun üstündən ülgücü və mətbəx bıçağını götürərək paltar dolabının içində gizləndikdən sonra Zöhrabın həmin evə daxil olduğunu görüb. Həmin vaxt qadın dolabdan çıxaraq, əvvəlcədən götürüdüyü ülgüc və mətbəx bıçağı ilə qəflətən Zöhrabın döş nahiyyəsindən bir dəfə vurub.

Tamaranın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Tamara ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü Zöhrab ilə dalaşıblar: "Mən Zöhraba zəng edərək söhbət etmək istədiyimi dedim. O, isə artıq başqa şəxslə görüşdüyünü, həyatımda başqa qadın olduğunu bildirdi. Zöhrabının dedikləri mənə pis təsir etdiyindən onun yaşadığı evə getdim və onu bıçaqladım. Hadisədən öncə Zöhrabı 3-4 saat məhəllədə gözlədim, sonra evə girdim”.

Təqsirləndirilən şəxs ifadəsində Zöhrabı 4 ildir tanıdığını, onunla sevgili olduqlarını, lakin bir evdə yaşamadıqlarını, sadəcə Zöhrabın yaşadığı evə gedib-gəldiyini deyib: "Mən Zöhrabla iyun ayında ayrılsam da, avqust ayında barışdıq və münasibətlərimizi normal davam etdirdik. Sonra həkim yoxlanışından keçdikdə hamilə olduğumu öyrəndim. Bu barədə Zöhraba dedim. O, isə uşağın onun olmadığını və uşağa baxmayacağını bildirdi. Zöhrabı vurmağımın səbəbi hamiləliyimlə əlaqədar hisslərimin qarışıq olmaq, onunla birlikdə olmaq istəməyib olub. Buna baxmayaraq Zöhrab məndən ayrılmaq istəyib. Hadisə günü evə girərək şkafda Zöhrabı gözlədim. Həmin vaxt əlimdə bıçaq olmayıb. Bıçağı mətbəxdən götürmüşəm".

Zərərçəkmiş şəxs qismində dindirilən Zöhrabın sözlərinə görə, hadisə günü Tamara evə gələn zaman o, evdə olmayıb: "Tamara mənə söhbət etmək istədiyini dedi. Mən ona söhbət etmək istəmədiyimi, həyatımda başqa şəxsin olduğunu bildirdim. Daha sonra evə gəldikdə Tamaranın artıq evdə olduğunu gördüm. O, şkafdan çıxdı, mənimlə bir az mübahisə etdi. Sonra bıçaq götürərək məni bir dəfə bıçaqla vurdu”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tamaranın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti tətbiq edilməklə 3 il şərti cəza verilib.
//demokrat.azскачать dle 11.3
Mojo.az Banner