Mojo.az Banner
23:04 Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir sillə  |     22:59 Ruslar yenidən kütləvi şəkildə Ermənistana köçür  |     22:52 Qapıda unudulan açar 5 min manatlıq oğurluqla nəticələndi - Məhkəmə qərarı  |     22:47 İşdən əsassız çıxarıldığını deyən vətəndaşdan QALMAQALLI İDDİA - VİDEO  |     22:39 ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR  |     22:34 Xəyanəti ən çətin bağışlayan bürclər  |     22:25 Hər gün piyada gəzməyin bilmədiyiniz faydaları  |     22:19 2050-ci ildə qorxulu mənzərə: Yoluxma sayı 35 milyona yaxınlaşacaq  |     22:12 Tramp və Zelenski Vaşinqtonda ikitərəfli görüş keçiriblər  |     22:07 Tiktokerin işində ekspert rəyi müsbət qiymətləndirib  |     21:59 Avqustda neçə gün iş olmayacaq?  |     21:53 Mərdəkanda dənizdə iki nəfər batdı, biri çıxarıldı, digəri axtarılır  |     21:45 Kiloqramı üç manata satılan kolbasanı yemək olarmı? - AÇIQLAMA - VİDEO  |     21:40 Milli Qvardiyanın yaradıcısı polkovnik Azər Babayev vəfat edib  |     21:34 Samir Tağızadə ölkə üzrə yeganə 700 bal toplayan abituriyent oldu  |     21:26 Sun Cun: "Azərbaycan regionun sabitliyinin möhkəmləndirilməsinə dəyərli töhfələr verib"  |     21:21 Qaqik Xaçatryan: "Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir, bizə çox mehriban münasibət göstərirlər"  |     21:13 Qida ekspertindən saxta kürü xəbərdarlığı: Kimlər diqqətli olmalıdırlar?  |     21:08 Fransada meşə yanğınlarını qəsdən törətməkdə şübhəli bilinən gənc həbs edilib  |     21:00 "Araz-Naxçıvan" 2026/27 mövsümündə rəqiblərini bu stadionda qəbul edəcək  |    
Left Banner
Right Banner

Azərbaycan Prezidentinə təbriklər gəlməkdə davam edir

04.06.2026 17:55 249
Azərbaycan Prezidentinə təbriklər gəlməkdə davam edir
ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darof Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Median.Az
President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransı və Amerika yəhudi icması adından 28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırırıq.

Azərbaycan Xalq Cümhuriyyətinin 108-ci ildönümünün qeyd edildiyi bir vaxtda bu tarixi mərhələnin əhəmiyyətini və onun yaratdığı parlamentli idarəetmənin, hüquq bərabərliyinin və inklüzivliyin davamlı irsini dəyərləndiririk. Xüsusilə 1918-ci ildə respublikanın ilk parlamentində yəhudi nümayəndəsinin də yer alması Azərbaycanda uzunmüddətli birgəyaşayış və qarşılıqlı hörmət ənənəsinin sübutudur.

Amerikalı yəhudi liderlərindən ibarət nümayəndə heyətimiz bu ilin fevralında Azərbaycana səfər etmək şərəfinə nail oldu və biz ölkənizi fərqləndirən şəffaflıq, plüralizm və qarşılıqlı hörmət dəyərlərinin şahidi olduq. Azərbaycandan ölkənin uzunmüddətli dini tolerantlıq ənənəsinin, qədim tarixinin və zəngin mədəni irsinin, səfərimiz boyunca gördüyümüz mehribanlığın və qonaqpərvərliyin bizdə yaratdığı dərin təəssüratla qayıtdıq.

Cənab Prezident, bu əlamətdar milli bayram münasibətilə Azərbaycan Respublikasının və onun xalqının davamlı firavanlığı, təhlükəsizliyi və uğurları ilə bağlı ən səmimi arzularımızı qəbul etməyinizi xahiş edirik. Gələcəkdə icmalarımız arasında qarşılıqlı anlaşmanı, dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirməyi səbirsizliklə gözləyirik".

Ukraynanın sabiq prezidenti Leonid Kuçma da Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Mən Azərbaycana - bu mübarək torpağa dəfələrlə səfər etmişəm. Cəsur xalqınızın müstəqillik uğrunda mübarizə qəhrəmanları haqqında həqiqi dostum, atanız unudulmaz Heydər Əliyevdən eşitmişəm. Buna görə də Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil. Mən bilirəm ki, Ukrayna xalqı da Azərbaycanı yalnız dost kimi deyil, həm də itirilmiş əraziləri geri qaytarmağa və ərazi bütövlüyünü bərpa etməyə imkan verən milli iradənin nümunəsi kimi qəbul edir. Siz buna nail oldunuz, bizdə isə bu, hələ qarşıdadır. Bu, xalqlarımız arasında xüsusi tarixi bağ yaradır.

Ümid edirəm ki, Azərbaycan xalqı da bunu hiss edir və onun həqiqi dostunun kim olduğunu başa düşür.

Gözəl Vətəninizə inkişaf və firavanlıqla bağlı ən səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm".

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani də Prezident İlham Əliyevə təbrik məktubu göndərən rəsmilər arasındadır.

Məktubda deyilir:

"Zati-aliləri.

Dost ölkənizin Müstəqillik Günü münasibətilə Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ən səmimi salamlarımı, xoş arzularla dolu təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, qardaş ölkənizə davamlı tərəqqi və firavanlıq, eyni zamanda, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etməsini və möhkəmlənməsini arzu edirəm".

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tani də İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Zati-aliləri cənab Prezident.

Dost Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirəm".

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə Prezident İlham Əliyevi təbrik edən hökumət başçılarındadır.

Onun göndərdiyi məktubda deyilir:

"Allahın salamı, rəhməti və bərəkəti üzərinizdə olsun.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram.

Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm".

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabah Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

Dost Azərbaycan Respublikasının Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək Sizə uzun ömür, cansağlığı, müvəffəqiyyətlər, Azərbaycan Respublikasına və onun dost xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram".

Küveyt Dövlətinin Baş naziri Şeyx Əhməd Abdullah əl-Əhməd əl-Sabah da Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Zati-aliləri cənab Prezident.

Dost Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan sevinc duyuruq.

Fürsətdən istifadə edərək ölkələrimizi və xalqlarımızı birləşdirən möhkəm dostluq əlaqələrini alqışlamaqdan məmnunluğumuzu ifadə edir, bu əlaqələrin birgə maraqlar naminə daha da gücləndirilməsi niyyətində olduğumuzu vurğulayırıq.

Zati-aliləri, Sizə uzun ömür, cansağlığı, dost xalqınıza davamlı inkişaf və rifah diləyirik".скачать dle 11.3
Mojo.az Banner