Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Bərgüşad çayı üzərində su anbarı tikiləcək

04.06.2026 13:22 303
Bərgüşad çayı üzərində su anbarı tikiləcək
Yaxın gələcəkdə ümumiyyətlə Qarabağda su təchizatı sistemlərinin və suvarma sistemlərinin yenidən qurulması planlaşdırılır. Mövcud olan obyektlərdə də hazırda təmir-bərpa işləri aparılır.

Bunu "APA-Economics”ə açıqlamasında Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Müşfiq Adıgözəlov deyib.

O vurğulayıb ki, Füzuli şəhərini su ilə təmin edən sistem bərpa olunub:

"Xaçınçay su anbarımız bərpa olunub. Şəhərlərin yeni su təchizatı sistemləri qurulur. Köç həyata keçirilən kəndlərdə, dövlət proqramına uyğun olaraq, demək olar ki, bütün yaşayış məntəqələrinin su təchizatı sistemləri ya yenidən qurulur, ya da mövcud sistemlər bərpa edilir”.

Müşfiq Adıgözəlov qeyd edib ki, hazırda Bərgüşad su anbarının tikintisi planlaşdırılır:

"Bizim Zabuxçay su anbarı tikilib istifadəyə verilib, yenidən qurulub. Bərgüşad su anbarının tikintisi də planlaşdırılır. Su anbarı Bərgüşad çayının üzərində yerləşir”.

Müşfiq Adıgözəlov əlavə edib ki, Qarabağda suvarma sistemlərimizdə qapalı suvarma sistemlərindən istifadə olunur:

"Demək olar ki, Qarabağda əsasən yeni texnologiyalar, pivot və damcı suvarma sistemləri tətbiq edilir. Çox az hissədə, əsasən kəndlər arasında açıq suvarma sistemlərindən istifadə olunur. Onlar da mərhələli şəkildə yeni suvarma sistemləri ilə əvəz edilir”.скачать dle 11.3
Mojo.az Banner