Mojo.az Banner
15:07 İrandan Azərbaycana PUA ilə narkotik daşınmasının qarşısı alınıb  |     15:06 Azərbaycan Portuqaliyada səfirlik açacaq  |     15:05 Xəzər dənizi ilə 400 kiloqrama yaxın narkotiki Azərbaycana gətirən iranlılar hakim qarşısında  |     15:04 Şüvəlanda 66 yaşlı kişi dənizdə boğuldu  |     15:03 Azərbaycanda qadın evində baltalanaraq qətlə yetirildi  |     15:00 Dünya bazarında neft KƏSKİN UCUZLAŞDI  |     14:58 Prezidentin köməkçisi: "Kənd təsərrüfatında istehsal və ixrac potensialı əhəmiyyətli dərəcədə artıb"  |     14:57 DYP "Son zəng" günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib  |     14:54 Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib? - Araşdırma BAŞLANILDI  |     14:53 Gəncədə iki avtomobil TOQQUŞDU: Yaralıların vəziyyəti açıqlandı (Yenilənib)  |     13:21 Şəmkirdə QƏTL: 28 yaşlı kişi kafedə bıçaqlanaraq öldürüldü  |     13:20 Magistraturaya qəbul imtahanında 15 mindən çox şəxs iştirak edəcək  |     13:10 Azərbaycan nefti bahalaşıb  |     13:08 Qadının və bətnindəki dölün ölümünə səbəb olan sürücünün cəzası azaldıldı  |     13:04 Tailand kralının dörd ildir komada olan qızı öldü  |     13:01 "Volkswagen" kütləvi ixtisarlara gedir  |     12:57 İlon Mask tarixdə ilk trilyonçu oldu  |     12:30 Dənizdə maksimum nə qədər müddət üzmək olar? - Mütəxəssis uzun zaman suda qalmanın risklərindən danışdı  |     12:09 Bakıda çiyələk yeyən qadın dəhşətli vəziyyətə düşdü: Dərisi soyuldu - Video  |     12:04 Ukraynada çətənənin reseptlə təyin edilməsinə başlanılıb  |    
Left Banner
Right Banner

Yeni tikiləcək binalar üçün TƏLƏBLƏR müəyyənləşdirildi

03.06.2026 19:28 162
Yeni tikiləcək binalar üçün TƏLƏBLƏR müəyyənləşdirildi
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün zəruri olan həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları" təsdiq olunub.

Bnunla bağlı müvafiq qərar imzalanıb.

Qaydaların tələbləri yeni bina və qurğuların layihələndirilməsi, yenidən qurulması, mövcud olanların isə əsaslı təmiri və uyğunlaşdırılması, eləcə də ümumi istifadəli ərazilərin planlaşdırılması zamanı yerinə yetirilməlidir.

Bu normalar ümumi istifadədə olan ərazilərin, bina və qurğuların funksional-planlaşdırma elementlərinə, onlar üçün ayrılmış torpaq sahələrinə, o cümlədən bina və qurğulara yaxınlaşma yollarına, girişlərə, daxili kommunikasiyalara, təxliyə yollarına, yaşayış və xidmətlərin göstərilməsi üçün otaqlara və iş yerlərinə şamil edilir.

Bunlar həmçinin binaların, qurğuların, ümumi istifadədə olan ərazilərin və torpaq sahələrinin informasiya və mühəndis təchizatına da aiddir.

Yaşayış məntəqələrində infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisində universal dizayn (layihələndirmə) əsasında əlilliyi olan şəxslərin bu obyektlərə maneəsiz müyəssər olması təmin edilməlidir.

Layihə həlləri bina və qurğularda, onların torpaq sahələrində, eləcə də ictimai istifadədə olan ərazilərdə əlilliyi olan şəxslər üçün aşağıda qeyd olunanları təmin etməlidir:

- xidmət məntəqələrinə qədər məsafələr və hərəkət yollarının parametrləri nəzərə alınmaqla əlçatanlığı;

- hərəkət yollarının, o cümlədən təxliyə yollarının, məqsədli ziyarət və xidmət göstərmə yerlərinin, iş yerlərinin təhlükəsizliyi;

- təhlükəli yanğın amillərinin təsirinin qarşısını almaq üçün binadan, qurğudan və ya yanğından mühafizə zonasına vaxtında və maneəsiz təxliyə üçün şəraiti;

- xidmətlərin göstərilməsi və nəzərdə tutulmuş yerlərə getmək məqsədi ilə hərəkət üçün zəruri olan dolğun və keyfiyyətli məlumatın vaxtında alınmasına şəraiti.

Bina və ya qurğunun torpaq sahəsinin minimal ölçüsünə bina ilə funksional əlaqəli, əlilliyi olan şəxslər tərəfindən idarə olunan və ya onları daşıyan nəqliyyat vasitələri üçün yanaşma yolları və dayanacaqları (parklanma yerləri), əlilliyi olan şəxslərin hərəkət imkanlarına uyğunlaşdırılmış piyada yolları və istirahət yerlərini yerləşdirmək üçün zəruri sahə daxil edilməlidir.

Layihələndirilən və ya uyğunlaşdırılan obyektin torpaq sahəsinin girişlərində obyekt haqqında əlilliyi olan şəxslər üçün əlçatan olan məlumat vasitələri quraşdırılmalıdır.

Sənədə əsasən, mürəkkəb relyefli tikilib abadlaşdırılmış ərazilərdə layihələndirilən piyada yollarında əlilliyi olan şəxslərin hərəkəti mümkün olmadıqda, həmin şəxslərin hərəkəti üçün uyğun şəraitli, obyektlər arasında məsafə 300 m-dən çox olmamaqla alternativ yolların çəkilməsi nəzərdə tutulmalıdır. İxtisaslaşdırılmış yaşayış binaları və ixtisaslaşdırılmış uşaq reabilitasiya müəssisələri yanğınsöndürmə məntəqələrindən 3 min metrdən çox olmayan məsafədə yerləşdirilməlidir.

Bundan başqa, nəqliyyat və piyada yollarının kəsişməsində hündürlük fərqi 0.2 m-dən çox olmadıqda piyada yolları bordür pandusları və (və ya) süni maneələrlə təmin edilməlidir.

Bordür pandusları yolun hər iki tərəfindən səki və ya piyada yolunda, toplaşma meydançası olduqda isə onun üzərində yerləşdirilməlidir. Onlar eyni şərti xətt üzərində, yolun hərəkət hissəsinin oxuna perpendikulyar və ya piyada keçidinin oxuna paralel təşkil edilməlidir.

Əlilliyi olan şəxslər üçün piyada yolunun hərəkət hissəsinin eni azı 2 m olmalıdır.

Layihələndirilən bina və qurğuların sahələrində xarici pilləkən marşlarının eni azı 1.35 m olmalıdır.

Əlilliyi olan şəxslərə xidmət göstərilən və onların daimi yerləşdiyi yerlər binaların otaqlarından çölə aparan təxliyə çıxışlarından mümkün olan qədər yaxın məsafədə yerləşdirilməlidir.

M2-M4 hərəkətlilik qruplarına aid əlilliyi olan şəxslərə xidmət göstərilən yerlər otaqların çıxışından 15 m-dən çox olmayan məsafədə qurulmalıdır.

Otaqlardan təxliyə üçün çıxış qapılarının eni azı 1.2 m qəbul edilməlidir.скачать dle 11.3
Mojo.az Banner