Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda şəhid xanımı müavinət kartına görə öldürüldü - DETALLAR

02.06.2026 19:51 504
Bakıda şəhid xanımı müavinət kartına görə öldürüldü - DETALLAR
Ötən gün Sabunçu rayonu Ramana qəsəbəsində qayınata Adıgözəl Məmmədov gəlini Gülüzar Məmmədovanı qətlə yetirib.

Qətlin təfərrüatları barədə Modern.az-a qonşular məlumat verib.

Bildirilib ki, qayınatanın gəlinini öldürmə səbəbi müavinət kartını mənimsəmək istəyi olub.

Qonşuların sözlərinə görə, bundan əvvəl də tərəflər arasında ev üstündə mübahisələr yaşanıb. Adıgözəl Məmmədov gəlinini birgə yaşadıqları evdən çıxararaq nəvələri ilə birlikdə orada yaşamağa başlayıb.

"Gəlinindən müavinət kartını almaq üçün iyunun 1-i - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bəhanə edib evə çağırıblar. Uşaqlarla görüşüb evinə qayıdarkən qaynatası onun arxasınca gələrək liftdə bıçaqlayıb”.

Qonşular bildiriblər ki, səs-küy yarandıqdan sonra çölə çıxıblar:

"Burada liftlər gec bağlanır. Elə həmin vaxt bıçaqlayıb. Səs-küyə çıxıb gördük”.

Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən Adıgözəl Məmmədovun 60 yaşı var, öldürdüyü gəlini Gülüzar Məmmədovanın isə 31 yaşı olub. Mərhum Gülüzar Məmmədovanın iki övladı var.

Son xəbərlər