Mojo.az Banner
15:42 Daha bir ölkə Beynəlxalq Cinayət Məhkəməsindən çıxdı  |     15:34 FIFA prezidenti DÇ-2026-nı tənqid edənlərə cavab verdi  |     15:28 Vahid indekslərin siyahısı genişləndirildi - QƏRAR  |     15:10 Azərbaycanlı hakim Konfrans Liqasının oyununu idarə edəcək  |     15:01 Sabah da KÜLƏK əsəcək - 28.07.2026  |     14:32 Ağdamın iki kəndində günlərlə davam edən yanğınlar söndürüldü  |     14:30 Külək Bakıda iki nəfəri xəstəxanalıq etdi  |     13:22 Bakıda güclü külək səbəbindən AĞACLAR AŞIB  |     13:03 Neft kəskin UCUZLAŞDI  |     13:01 Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq  |     12:46 Ceffri Epşteynin mirasının potensial varisinin adı məlum oldu  |     12:44 Məşhur meymun "Punch" bir yaşını qeyd edib  |     12:42 Samuxda 57 yaşlı çobanın meyiti tapıldı  |     12:33 Avropada həyəcan təbili: İsti hava dalğaları sürətlə artır  |     12:31 Qaytarıla bilməyən KREDİTLƏR BAĞLANA BİLƏR? - Yeni mexanizm hazırlanır  |     12:19 Kolumbiya Azərbaycan da daxil olmaqla 15 ölkədə səfirliyini bağlayacaq  |     12:17 İranla savaşda yaralanan ABŞ hərbçilərinin sayı AÇIQLANDI  |     11:51 Güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ  |     23:00 Ehtiyatlı olun! Ulduzlar bu bürclərə xəbərdarlıq edir  |     22:50 Ordumuzun giziri həlak oldu - FOTO  |    
Left Banner
Right Banner

Pensiyalar yenidən artırılır: Yeni artımlar inflyasiyanın qarşısını ala biləcəkmi? – Ekspertdən AÇIQLAMA

02.06.2026 18:10 1 167
Pensiyalar yenidən artırılır: Yeni artımlar inflyasiyanın qarşısını ala biləcəkmi? – Ekspertdən AÇIQLAMA
Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi və pensiya-müavinət artımları yenidən gündəmdədir. Rəqəmsal sistemlər vasitəsilə ödənişlərin daha şəffaf və sürətli aparılması planlaşdırılır. Sosial ödənişlərin təyinatında yeni yanaşmaların tətbiqi müzakirə olunur. Əsas məqsəd əhalinin rifahını yüksəltmək və sistemi daha dayanıqlı etməkdir. Artan pensiyalar real inflyasiya qarşısında alıcılıq gücünü qoruya biləcəkmi? Uzunmüddətli perspektivdə pensiya sisteminin maliyyə dayanıqlığı necə qorunacaq?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən iqtisadçı-ekspert Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, pensiya və müavinətlərin artırılması əhalinin sosial rifahının yüksəldilməsi baxımından mühüm addım hesab olunur.
Onun sözlərinə görə, xüsusilə aşağı gəlirli təbəqələr üçün sosial ödənişlərin artırılması həyat səviyyəsinin yaxşılaşmasına və sosial müdafiənin güclənməsinə müsbət təsir göstərə bilər:

“Rəqəmsal sistemlərin tətbiqi isə ödəniş proseslərini daha şəffaf, sürətli və səmərəli etməklə yanaşı, vətəndaşların xidmətlərə çıxışını da asanlaşdırır. Bununla belə, pensiya və müavinət artımlarının real təsiri inflyasiyanın səviyyəsindən asılıdır. Əgər qiymət artımları pensiyaların yüksəlmə tempini üstələyərsə, vətəndaşların alıcılıq qabiliyyəti gözlənilən qədər artmaya bilər. Buna görə də sosial ödənişlərin indeksləşdirilməsi və inflyasiya göstəricilərinin daim nəzərə alınması vacibdir”.

A.Nəsirli qeyd edib ki, uzunmüddətli perspektivdə pensiya sisteminin maliyyə dayanıqlığının qorunması üçün məşğulluğun artırılması, qeyri-rəsmi əmək bazarının daraldılması, sosial sığorta daxilolmalarının genişləndirilməsi və dövlət maliyyəsinin səmərəli idarə olunması mühüm rol oynayır:
“Həmçinin demoqrafik dəyişikliklər, əhalinin yaşlanması və əmək bazarındakı tendensiyalar nəzərə alınaraq davamlı islahatların aparılması sistemin gələcəkdə də etibarlı fəaliyyətini təmin edə bilər. Bu baxımdan sosial müdafiə sisteminin gücləndirilməsi yalnız ödənişlərin artırılması ilə deyil, həm də onun maliyyə və institusional dayanıqlığının təmin olunması ilə müşayiət edilməlidir”.скачать dle 11.3
Mojo.az Banner