Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Rusiya Müdafiə Nazirliyinin polkovniki həbs olundu

02.06.2026 11:44 579
Rusiya Müdafiə Nazirliyinin polkovniki həbs olundu
Rusiya Müdafiə Nazirliyinin Resurs Təminatı Departamentinin Ərzaq İdarəsinin rəisi, polkovnik Viktor Tarazeviçə qarşı xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürülüb.

Bu barədə RBK-ya hüquq-mühafizə orqanlarındakı iki mənbə məlumat verib.

Polkovnik mayın 20-də saxlanılıb, bundan sonra hərbi məhkəmə istintaqın vəsatəti ilə onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Hərbi məhkəmədən RBK-ya Tarazeviçin cinayət işinin fiqurantı olduğu təsdiqlənib.

Bildirilib ki, polkovnik iyulun 20-nə qədər həbsdə saxlanılacaq. RBK-nın mənbələrinin məlumatına görə, zabit ittiham olunduğu cinayətdə özünü təqsirli bilmir. Xüsusilə külli miqdarda dələduzluq maddəsi üzrə cəza on ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

Tarazeviçin rəhbərlik etdiyi Ərzaq İdarəsi Rusiya ordusunun hərbi qulluqçularının qidalanmasının təşkilinə cavabdehdir. Qurum qoşunların ərzaqla təminatını həyata keçirir, rasionları hazırlayır, ərzaq məhsullarının keyfiyyətinə nəzarət edir, həmçinin hərbi anbarların, bazaların və çörək zavodlarının fəaliyyətini idarə edir.

Son xəbərlər