"Amazon" bir istifadəçinin məlumatlarından ildə nə qədər qazanır?
İnternetdə qoyulan rəqəmsal izlərin dəyəri ilə bağlı aparılan yeni araşdırma diqqətçəkən nəticələr ortaya çıxarıb.
“Web3” Fondunun hazırlanan hesabat göstərir ki, texnologiya şirkətləri istifadəçilərin şəxsi məlumatlarından ömür boyu yüz minlərlə, hətta milyonlarla dollar gəlir əldə edirlər. Araşdırmaya görə, ABŞ-də yaşayan bir internet istifadəçisinin yaratdığı məlumatlar texnologiya şirkətlərinə ömrü boyu 610 min dollardan 1,08 milyon dollara qədər qazanc gətirə bilər. Bu isə hər istifadəçi üçün ildə orta hesabla 18 min dollar gəlir deməkdir. Hesabatda qeyd olunur ki, süni intellekt şirkətləri üçün şəxsi məlumatların dəyəri daha yüksəkdir.
Bu sahədə istifadəçi başına illik gəlirin 136 min dolları keçdiyi bildirilir. Məlumata görə, təkcə “Amazon” bir istifadəçinin məlumatlarından ildə orta hesabla 1227 dollar qazanır. Araşdırma Avropada da böyük rəqəmlər ortaya qoyub. Təxminən 484,7 milyon internet istifadəçisinin ümumi rəqəmsal məlumat dəyəri 109 trilyon avro olaraq qiymətləndirilir. Hesabata əsasən, bir Avropa vətəndaşının məlumatları texnologiya şirkətlərinə rəqəmsal ömrü ərzində orta hesabla 224 min avro qazandırır. “Web3” Fondunun təsisçisi Qevin Vud bildirib ki, müasir rəqəmsal iqtisadiyyat insanların məlumatları üzərində qurulsa da, istifadəçilər bu məlumatların yaratdığı dəyərdən nə xəbərdardır, nə də həmin gəlirlərdə hər hansı paya malikdirlər. Hesabatın diqqətçəkən nəticələrindən biri də kuki bildirişləri ilə bağlıdır.
Araşdırmaya görə, istifadəçilərin 90 faizi saytların təqdim etdiyi mürəkkəb mətnləri oxumadan “Qəbul et” düyməsini sıxır. Bu isə şirkətlərə məlumat toplamaq üçün hüquqi zəmin yaradır. Mütəxəssislər bildirirlər ki, rəqəmsal məlumatlar artıq dünyanın ən qiymətli resurslarından birinə çevrilib və süni intellekt texnologiyalarının sürətli inkişafı bu məlumatların iqtisadi dəyərini daha da artırır.
//sfera.az