Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

100 milyon dollarlıq Luvr soyğunu filmə çevriləcək

30.05.2026 21:39 471
100 milyon dollarlıq Luvr soyğunu filmə çevriləcək
Fransanın paytaxtı Parisdə yerləşən Luvr Muzeyində ötən il baş verən və təxminən 100 milyon dollar dəyərində tarixi zinət əşyalarının oğurlanması ilə nəticələnən məşhur soyğun hadisəsinin filmi hazırlanır.
 
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, layihəyə fransız rejissor Romen Qavras rəhbərlik edəcək. Film, “Main basse sur le Louvre” (“Luvrda bir ələ keçirmə”) adlı araşdırma kitabı əsasında çəkiləcək. Kitab “Le Parisien”, Le Monde və “Paris Match” nəşrlərinin jurnalistləri tərəfindən qələmə alınıb. Fransanın Flammarion nəşriyyatı bildirib ki, kitabın film hüquqları Iconoclast istehsal şirkətinə satılıb.
 
Layihə hazırda inkişaf mərhələsindədir və aktyor heyəti ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. 2025-ci ilin oktyabrında baş verən soyğun zamanı özlərini tikinti işçisi kimi göstərən maskalı şəxslər Luvrun Apollon Qalereyasına daxil olaraq Fransa tac xəzinəsinə aid səkkiz qiymətli zinət əşyasını oğurlamışdılar. Hadisə cəmi bir neçə dəqiqə ərzində həyata keçirilmiş və dünya mediasında geniş rezonans doğurmuşdu.
 
Soyğun muzeydə ciddi təhlükəsizlik böhranına səbəb olmuş, sonradan muzeyin direktoru Laurense des Kars vəzifəsindən ayrılmışdı. Yeddi aylıq istintaq çərçivəsində əsas şübhəlilər saxlanılsa da, oğurlanan zinət əşyalarının taleyi hələ də müəmmalı olaraq qalır. İstintaq orqanları bu günə qədər qiymətli əşyaların yerini müəyyən edə bilməyiblər. Bununla yanaşı, kitab əsasında ayrıca sənədli film layihəsinin də hazırlandığı bildirilir.
 

Son xəbərlər