Mojo.az Banner
16:24 Korrupsiyanı xəbər verən şəxs həlak olarsa, ailəsi 20 min manat alacaq  |     16:13 Bu şəxslərə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək  |     14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |     13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |     13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |    
Mojo.az Avto
Mojo.az Avto

Sosial şəbəkələrdə yeni təhlükə: Saxta yardım kampaniyalarını necə tanımaq olar? – Ekspertdən TÖVSİYƏ

29.05.2026 19:06 357
Sosial şəbəkələrdə yeni təhlükə: Saxta yardım kampaniyalarını necə tanımaq olar? – Ekspertdən TÖVSİYƏ
Son dövrlər sosial şəbəkələrdə saxta yardım kampaniyaları və vətəndaşların adından pul yığılması halları daha da artıb. Dələduzlar oğurlanmış və ya saxta hesablar vasitəsilə insanları aldadaraq müxtəlif bəhanələrlə vəsait toplamağa çalışırlar. Bu hallar cəmiyyətdə ciddi narahatlıq doğurur. Sosial mediada bu cür fırıldaqlardan qorunmaq üçün vətəndaşlar nələrə diqqət etməlidir?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən İnformasiya Texnologiyaları mütəxəssisi Elvin Abbasov bildirib ki, sosial şəbəkələrdə xeyriyyəçilik və yardımsevərlik hisslərindən sui-istifadə edərək keçirilən saxta yardım kampaniyaları, rəqəmsal mühitdə kiber-dələduzluğun ən geniş yayılmış formalarından birinə çevrilmişdir.
Onun sözlərinə görə, dələduzlar adətən real xəstə şəxslərin şəkillərini və ya tibbi sənədlərini müxtəlif platformalardan oğurlayaraq saxta profillər açır, emosional manipulyasiya və psixoloji təsir üsulları ilə vətəndaşların etibarını qazanmağa çalışırlar:

“Bu növ kiber-fırıldaqçılığın qurbanı olmamaq və maddi vəsaitlərin doğru ünvanlara çatmasını təmin etmək üçün vətəndaşlar rəqəmsal gigiyena qaydalarına ciddi riayət etməli və qarşılaşdıqları məlumatları çarpaz yoxlamadan keçirməlidirlər”.

Ekspert qeyd edib ki, bu növ fırıldaqçılıqlardan qorunmaq üçün diqqət edilməli olan ən birinci məqam pul köçürmələri zamanı fərdi şəxslərin şəxsi kart hesablarına deyil, kampaniyanın rəsmi qeydiyyatdan keçmiş xeyriyyə fondlarının və ya dövlət tərəfindən akkreditasiya olunmuş hüquqi bank hesablarına yönləndirilməsini tələb etməkdir:

“Əgər mütləq şəkildə şəxsi kart nömrələri paylaşıla bilərsə, həmin şəxsin və ya onun birinci dərəcəli ailə üzvlərinin adının bank tətbiqində görünən kart sahibinin adı ilə üst-üstə düşdüyü mütləq dəqiqləşdirilməlidir. Eyni zamanda, paylaşılan tibbi diaqnozlar, epikrizlər və xəstəxana sənədləri üzərindəki möhürlər, həkim adları və rəsmi rekvizitlərin doğruluğu, şübhəli məqamlarda birbaşa müvafiq tibb müəssisəsi ilə əlaqə saxlanılaraq yoxlanılmalıdır”.

E.Abbasov vurğulayıb ki, yardım tələb edən profilin rəqəmsal keçmişi, yaradılma tarixi, əvvəlki paylaşımları və rəy bölməsi diqqətlə təhlil edilməlidir; çünki yeni açılmış, izləyici sayısı süni şəkildə artırılmış və ya daha əvvəl tam fərqli mövzularda fəaliyyət göstərib qəfildən yardım kampaniyasına keçid etmiş profillər yüksək risk qrupuna daxildir:

“Ən əsası isə, yardım etmək bəhanəsi ilə vətəndaşlara göndərilən naməlum və şübhəli kənar keçid linklərinə daxil olmaq qətiyyən olmaz. Onlayn ödənişlər zamanı mütləq 3D Secure sistemindən istifadə edilməli, heç bir halda və heç bir bəhanə ilə bank kartının CVV/CVC kodu, şifrəsi və ya son istifadə tarixi qarşı tərəfə ötürülməməlidir”.скачать dle 11.3
Mojo.az Banner