Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Prezident Ordumuzun Zəfərindən danışdı: "Nə ondan qabaq, nə də ondan sonra bu dərəcədə mütləq Qələbə olmamışdır"

28.05.2026 17:40 774
Prezident Ordumuzun Zəfərindən danışdı:
"Mənim dövrümdə biz hər gün azadlıq gününü arzulayırdıq və hər gün onu yaxınlaşdırırdıq. Siz də, bu ərazilərdə yaşamış insanlar da yaxşı bilirsiniz, nə qədər çətin relyefdir həm buralar, həm də Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, orada yeddi müdafiə xətti, minalar var idi. Bizim qəhrəman övladlarımız sinələrini qabağa verərək, özlərini qurban verərək o xətləri yardılar və cəmi 44 gün ərzində biz Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdik".

Bu sözləri Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü zamanı dilə gətirib.

Dövlət başçısı həmçinin bildirib:

"Nə ondan qabaq, nə də ondan sonra bu dərəcədə mütləq Qələbə olmamışdır. İndi hər şey göz qabağındadır. Müharibələr yan-yörəmizi əhatə edib: istər Şimalda, istər Cənubda, istər başqa yerlərdə. Yəni bu müharibələrin sonu olacaqmı? Heç kim bilmir. Nə ilə nəticələnəcək? Heç kim bilmir. Bu müharibələrin qalibi kimdir? Onu da demək çətindir, hərə deyir ki, mən qalibəm.

Amma bizim Qələbə elə mütləq Qələbə idi ki, burada artıq şəkk-şübhə qalmadı. Bayrağımız da Şuşada, ondan sonra Xankəndidə qaldırıldı və düşmən torpaqlarımızdan qovuldu. Ermənistan ordusu tamamilə darmadağın edilmişdir".скачать dle 11.3
Mojo.az Banner