Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:55 Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər  |     19:44 Metro stansiyalarında ürək aparatları quraşdırılacaq  |     19:44 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü  |     19:36 "Sumqayıt"ın doğma meydanına qayıdacağı tarix açıqlandı  |     19:30 Hava dəyişir: Yağış, qar və sel xəbərdarlığı  |     19:13 Beş milyonluq obyektin söküntüsü ilə bağlı iş məhkəmədə  |     19:04 Pakistan rəsmisi: "Azərbaycanın Kəşmir məsələsində dəstəyini yüksək qiymətləndiririk"  |     18:55 Azərbaycana qarşı çıxışlar edən Fatih Erşahin polisə çağırılıb  |     18:51 Arzu Əliyeva "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib - Foto  |     18:41 İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar - Foto  |     18:37 Prezidentin sosial şəbəkə hesablarında Bakıdakı beynəlxalq forumla bağlı videoçarx paylaşılıb (Video)  |     18:32 İmişlidə söyüşə görə həmyerlisini güllələyərək öldürən şəxsə hökm oxundu  |     18:28 "Toyota" 200 mindən çox avtomobilini geri çağırır - Səbəb  |     18:16 Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu  |     18:07 İlham Əliyev ICESCO-nun baş direktorunu qəbul edib - Foto  |     17:53 Leyla Əliyeva Məhəmməd Əbdülsalamla görüşüb - Foto (Yenilənib)  |     17:51 Bakıda təmir zamanı hündürlükdən yıxılan şəxs öldü  |     17:50 Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye  |     17:48 Azərbaycanda icra başçısının cərimələnməsi iddiasına rəsmi cavab (Yenilənib)  |     17:43 Hansı müəssisələr ətraf mühitə təsirin qiymətləndirilməsinə cəlb olunacaq? - Prezident təsdiqlədi  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident Kəlbəcər döyüşlərindən DANIŞDI

17.08.2021 13:07 2 331
Prezident Kəlbəcər döyüşlərindən DANIŞDI
Hərbi əməliyyat nəticəsində torpaqlarımız işğaldan azad edildi. İkinci Qarabağ müharibəsi bizim şanlı Zəfərimiz kimi tarixdə əbədi qalacaq. Qələbə nəticəsində Kəlbəcər rayonu da Laçın və Ağdam rayonları ilə bərabər işğalçılardan azad edildi. Ermənistan noyabrın 10-da kapitulyasiya aktını imzalayaraq bu öhdəliyi də öz üzərinə götürmüşdür və Kəlbəcər, Laçın və Ağdam rayonlarını Azərbaycana qaytarmağa məcbur olmuşdur.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 16-da Kəlbəcər şəhərində dövlət bayrağının ucaldılması mərasimində çıxış edərkən deyib.

Vətən müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edildiyini vurğulayan Prezident İlham Əliyev bildirib:

“Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər gedirdi, şəhidlər vermişdik. Ancaq strateji yüksəklikləri götürdük və bu yüksəkliklər bizə imkan verirdi ki, ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna da nəzarət edək. Beləliklə, biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bu, hərbi əməliyyatın, əks-hücum əməliyyatının tərkib hissəsi idi”.

Azərbaycan Ordusunun əks-hücum əməliyyatını bir neçə istiqamətdə apardığını vurğulayan Prezident, Müzəffər Ali Baş Komandan hər istiqamətin önəmli olduğunu qeyd edərək deyib:

“Çünki biz artıq bəzi istiqamətlər üzrə müdafiə xəttini yararaq işğalda olan torpaqları azad edirdik, bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq. Bəzi istiqamətlər üzrə, sadəcə olaraq, hərbi manevrlər apararaq erməni silahlı birləşmələrinin başqa yerə göndərilməsinin qabağını alırdıq. Beləliklə, Kəlbəcərin bir hissəsi, kiçik olan hissə döyüş meydanında azad edildi. Ancaq əksər hissəsi, böyük hissə Ermənistan kapitulyasiya aktına imza atandan sonra azad edildi”.

Son xəbərlər