Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşüb

27.05.2026 12:39 855
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşüb
26 may tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüş keçirib.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı BMT Təhlükəsizlik Şurasında "Beynəlxalq sülh və təhlükəsizliyin qorunması: BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə hörmət və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi" mövzusunda açıq müzakirələrin təşkilinə görə Çin tərəfinə təşəkkür ifadə olunub və bu təşəbbüsün mövcud qlobal çağırışlar fonunda xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Tərəflər Azərbaycan ilə Çin arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə edərək, son illər yüksəksəviyyəli siyasi dialoqun və qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın yeni mərhələyə qədəm qoymasına mühüm töhfə verdiyini qeyd ediblər. Bu çərçivədə, iki ölkə arasında 2025-ci ildə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsinin əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynadığı bildirilib.

Azərbaycan Respublikası Prezidentinin 2025-ci ildə Çinə dövlət səfəri çərçivəsində əldə olunmuş razılaşmaların və imzalanmış sənədlərin müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişlənməsinə müstəsna imkanlar yaratdığı diqqətə çatdırılıb. Eyni zamanda, 2027-ci ildə Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı vurğulanaraq, bu yubileyin ikitərəfli əlaqələrin daha da inkişafına təkan verəcəyi qeyd edilib.

Görüş zamanı ticarət, investisiya, nəqliyyat və logistika, enerji təhlükəsizliyi, yaşıl enerji, sənaye, rəqəmsal innovasiyalar, kənd təsərrüfatı, elm, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensial yüksək qiymətləndirilib. Ölkəmizdə Çin sərmayəsi ilə istehsal müəssisələrinin fəaliyyətinin iqtisadi əməkdaşlığa töhfəsi vurğulanıb. Orta Dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində həyata keçirilən birgə layihələrin strateji əhəmiyyəti qeyd olunub. Ölkələrimiz arasında viza tələbinin aradan qaldırılmasının insanlar arasında təmasların artmasına müsbət töhfə verdiyi diqqətə çatdırılıb.

Beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub. BMT, AQEM, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda birgə fəaliyyətin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Çin nümayəndə heyətinin cari ilin may ayında Azərbaycanda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında fəal iştirakından məmnunluq ifadə olunub və bu iştirakın çoxtərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi bildirilib.

Xalqlararası münasibətlərin möhkəmləndirilməsinin vacibliyi vurğulanaraq, təhsil, mədəniyyət, turizm və gənclər arasında mübadilə proqramlarının genişləndirilməsinin uzunmüddətli tərəfdaşlığın inkişafında xüsusi rol oynadığı qeyd edilib.

Bununla yanaşı, regional təhlükəsizlik məsələləri nəzərdən keçirilib. Çin vətəndaşlarının İrandan təxliyəsi üçün göstərilən dəstəyə görə ölkəmizə minnətdarlıq bildirilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə edilib.

Son xəbərlər