Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Ceyhun Bayramov Türkiyənin Müdafiə Sənayesi Agentliyinin rəhbəri ilə görüşüb

01.03.2024 13:36 1 905
Ceyhun Bayramov Türkiyənin Müdafiə Sənayesi Agentliyinin rəhbəri ilə görüşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə Müdafiə Sənayesi Agentliyinin Prezidenti Haluk Görgünlə görüşüb.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı iki qardaş ölkə arasında hərbi sənaye sahəsində əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub.

Bir sıra istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi, habelə digər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər