Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Azərbaycanda problemli kreditlər niyə sürətlə artır? – Ekspert səbəbləri AÇIQLADI

27.05.2026 11:38 480
Azərbaycanda problemli kreditlər niyə sürətlə artır? – Ekspert səbəbləri AÇIQLADI
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği artmaqda davam edir. Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumata əsasən, mayın 1-nə problemli kreditlərin ümumi dəyəri 614,2 milyon manat təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə 17 faizdən çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 22 faizdən artıq yüksəlib. İqtisadçılar artımı yüksək faiz dərəcələri, əhalinin ödəmə qabiliyyətinin zəifləməsi və biznes sektorunda yaranan maliyyə çətinlikləri ilə izah edirlər. Problemli kreditlərin artmasına təsir göstərən əsas səbəblər nələrdir və bu vəziyyətdən çıxış üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən “İngiltərə Kral İqtisad Cəmiyyəti”nin üzvü, iqtisadçı-ekspert Aslan Əzimzadə bildirib ki, vaxtı keçmiş kreditlərin həcminin artması əsasən özəl kommersiya banklarının yüksək faiz dərəcələri ilə kredit təklif etməsi ilə əlaqələndirilməlidir.


Onun sözlərinə görə, kreditlərin restrukturizasiyasının strukturunda ən çox biznes kreditləri üstünlük təşkil edir ki, bu da özəl kommersiya banklarının biznes sektoruna təqdim etdiyi kreditlərin faiz dərəcələrinin kifayət qədər yüksək olduğunu göstərir.

Ekspert qeyd edib ki, biznes kreditlərinin faizləri istehlak kreditləri ilə müqayisədə daha aşağı görünsə də, bu sahədə də ciddi gecikmələr müşahidə olunur:

“Hətta bəzi hallarda biznes kreditləri üzrə gecikmələrin həcmi istehlak kreditlərindən daha çox olur. Bunun əsas səbəbi məhz yüksək faiz siyasətidir”.

A.Əzimzadə çıxış yolu kimi kommersiya banklarının kredit faizlərini sektorların rentabellik səviyyəsinə uyğun diferensiallaşdırmasını təklif edib:
“Əgər hər hansı sektorun gəlirliliyi 2 faizdirsə, ona 0,5 faizlə kredit verilməlidir. Gəlirliliyi 11-12 faiz olan sektorlara isə 8-9 faizlə kredit təqdim etmək mümkündür. Xüsusi əlavə dəyər yaradan informasiya texnologiyaları, nano və biotexnologiyalar kimi sahələrə isə daha aşağı faizlə kredit ayrılmalı və bu istiqamətlər stimullaşdırılmalıdır”.

Ekspertin sözlərinə görə, banklar yüksək faiz tətbiq etməklə risklərdən qorunmağa çalışırlar və bu müəyyən mənada başadüşüləndir. Lakin o hesab edir ki, Mərkəzi Bank daha aktiv pul-kredit siyasəti həyata keçirməli, real sektoru pul emissiyası vasitəsilə dəstəkləməlidir:
“Azərbaycanda monetizasiya indeksi 30-40 faiz arasında dəyişir. Bu isə göstərir ki, pul emissiyasının artırılması monetar inflyasiyaya səbəb olmayacaq. Əgər sistem düzgün qurularsa, real sektora yönəldilən pul emissiyası əksinə, deflyasiya effekti yarada bilər. Çünki istehsal məsrəfləri azalacaq”.

A.Əzimzadə vurğulayıb ki, emissiya edilən vəsaitlərin həqiqətən real sektora yönəldilməsi və müasir texnologiyaların alınmasına sərf olunması vacibdir:

“Bu halda həm real sektorun gəlirliliyi artar, həm də istehsal xərclərinin azalması qiymətlərin aşağı düşməsinə səbəb olar”.

Beynəlxalq təcrübəyə toxunan ekspert bildirib ki, Avropa Mərkəzi Bankının TLTRO proqramı və Çin Xalq Bankının pul emissiyasının genişləndirilməsinə yönəlmiş proqramları real sektorun inkişafına və faiz dərəcələrinin azalmasına müsbət təsir göstərib. O qeyd edib ki, bu yanaşmalar beynəlxalq praktikada da uğurla tətbiq olunan metodlar sırasındadır.скачать dle 11.3
Mojo.az Banner