Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Qusarda polis tərəfindən zərərsizləşdirilən silahlı şəxslə bağlı TƏFƏRRÜAT (Yenilənib)

27.05.2026 12:12 984
Qusarda polis tərəfindən zərərsizləşdirilən silahlı şəxslə bağlı TƏFƏRRÜAT (Yenilənib)
Qusarda polisə müqavimət göstərərkən zərərsizləşdirilən şəxsin törətdiyi cinayət məlum olub.

R.Rəsulov 16 yaşlı qıza qarşı cinayətdə şübhəli bilinib.

O, buna görə istintaqdan yayındığı üçün barəsində axtarış elan olunub.

R.Rəsulov saxlanılarkən polisə silahlı müqavimət göstərib. Polis əməkdaşlarının səyi nəticəsində o zərərsizləşdirilib.

* * * * *

Qusar rayonunda törətdiyi cinayət əməllərinə görə axtarışda olan şəxs saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.


Görülən tədbirlərlə R.Rəsulov zərərsizləşdirilib.

Hadisə yerindən tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
//oxu.az

Son xəbərlər