Prezident: "Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir"
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.
Burada da təkmilləşmə üçün imkanların mövcudluğunu və bunun edilməli olduğunu vurğulayan dövlətimizin başçısı bildirib:
"Müxtəlif güzəştlər verilir, o cümlədən gübrə, yanacaq güzəştləri. Deyə bilərəm ki, bu da dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir".
